Elmira Axundova 1 milyon verib səfir getməsi iddiasından danışdı

27 Fevral 2020, 17:19
27 Fevral
2020
17:19
5431
Sabiq deputatın səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verdiyi bildirilir; oğlu Həbib Axundov isə dostlarına "Hazırlaşın bir aya mamam səfir olan kimi gedirik Ukraynaya qızlarla kef etməyə” deyib sevinir
Milli Məclisə keçirilən 9 fevral növbədənkənar seçkilərdə mandat ala bilməyən bəzi deputatlar artıq özlərini müxtəlif vəzifələrə təyin etdirmək üçün qapıları döyürlər. Onlar Azərbaycan prezidentinə yaxın olan şəxslər vasitəsilə İlham Əliyevə təsir göstərərək vəzifələrə təyin olunmağa çalışırlar. Hazırda 66 yaşı olan və özünü cəmiyyətə yazıçı, publisist, jurnalistdən daha çox adı qalmaqallarda keçən keçmiş deputat Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunmaq arzusundadır. Rusiyada doğulmuş və rus təəssübkeşliyi ilə seçilən Elmira Axundovanın niyə məhz Ukraynanı seçməsi bizə maraqlıdır…

AXUNDOVA NƏ QƏDƏR XƏRCƏ DÜŞÜB?
Hələ fevralın 22-də Criminal.az saytı Elmira Axundovanın Ukraynaya səfir göndəriləcəyi barədə xəbərlər yaymışdı. Timetv.live saytı yazır ki, o zaman bu məsələ o qədər ciddiyə alınmasa da, amma bu günlərdə maraqlı hadisə baş verib. Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına bildirib ki, Ukraynaya köçməyə hazırlaşır. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb.
FUAD MURADOV
FUAD MURADOV
Sayt yazır ki, Diaspora Komitəsinin sədri Fuad Muradov araçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi "prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək.

Yazı müəllifinin fikrincə, bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar. Hələlik biz güman edirik ki, Axundovların Fuad Muradov vasitəsilə 1 milyon dollara səfir olmaq sövdələşmələri baş tutmayacaq. Çünki ölkə rəhbərliyi bilir ki, Ukraynada demokratik cəmiyyət var. Onlar araşdıracaqlar və Azərbaycan səfirinin kimliyi ortaya çıxacaq. Bu da təbii ki, Azərbaycana ciddi zərbədir. Hələlik isə vaxt var. Yaşayaq görək, Azərbaycan rəhbərliyi üçün pulmu daha önəmlidir, ölkənin diplomatik imicimi?
Criminal.az ötən yazıda da bildirmişdi ki, E.Axundova "xilas kəməri" kimi ona toxunlumazlıq verəcək posta təyinat almağa çalışır. Səfir təyinatı bu baxımdan E.Axundovaya hava-su kimi lazımdır. Deputat toxunlumazlıq imtiyazı aradan qalxıb, onu və oğlu Həbib Axundovu hüquq-mühafizə orqanlarının dəmir qollarından bu toxunulmazlıq imtiyazı alırdı. İndi isə Həbibin yaxası istintaqçıların əlindən çətin ki, kənar qala.
Criminal.az sabiq deputatın səfir təyin olunacağı ilə bağlı yayılan iddialara münasibət öyrənmək E.Axundova ilə əlaqə saxlayıb, onun fikirlərini öyrənib. Axundova deyib ki, yayılan məlumatlar doğru deyil.
"Həqiqətə uyğun deyil, özüm də bu haqda heç nə bilmirəm. Hamısı cəfəngiyyatdır. Siz də belə cəfəngiyyatları çox yazmısınız. Heç kimə inanmayın. Heç nə vermə. Hələlik oturmuşam evdə, yaradıcılığımla məşğulam".
"Bəs belə xəbərlər hardan qaynaqlanır?" sualımıza isə E.Axundovanın cavabı belə oldu: "Belə xəbərləri yayanlanlar bilmirsən kimdir? Siz nə qədər yazmısınız bu barədə? Düşmənimin materialları idi siz yazırdınız. Çox xahiş edirəm, siz mənə zəng etməmisiniz, xahiş edirəm. Bu məsələlər də həqiqət deyil".
Xatırladaq ki, E.Axundova dəfələrlə mətbuata oğlu Həbiblə bağlı qeyri-dürüst açıqlamalar verib. Məsələn, Həbib Axundov "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra yaxasını kənara çəkirdi, deyirdi ki, bəs mən orada olmamışam. Anası Elmira Axundova da eyni mövqedəydi.
Amma az keçəndən sonra Həbib Axunov da, anası Elmira Axundovanın da mövqeyi bir qədər dəyişdi. Ana-bala başladılar ki, bəs Həbib Axundov orda olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, bəs kömək edə bilməyib. Buna qədər isə Elmira Axundova oğlunun üzgüçü olmasını, Günel Mirzəyevanın yanında olardısa, onu xilas edəcəyini demişdi.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Korrupsiya
“Başa düşmürük, on ildən çoxdur işləyən müasir ticarət mərkəzi niyə qəfildən qanunsuz oldu?!..” - KƏRİM BABAYEVİN BAZARINDAN PUTİNƏ SUAL
-
Manşet, Foto, Video, Korrupsiya
Bakıda bələdiyyə sədri tutuldu
-
Manşet, Foto, Video, Korrupsiya
Məşhur apteklər şəbəkəsinin xanım direktoru "maska" əməliyatının qurbanı oldu
-
Manşet, Foto, Video, Korrupsiya
Elmira Axundova 1 milyon verib səfir getməsi iddiasından danışdı
-
Manşet, Foto, Video, Korrupsiya
Şəhərsalma Komitəsi dəmiryolu xətti üzərindəki tikintini qanunsuz elan etdi - SÖKÜLƏCƏK!
-
Sənəd, Manşet, Foto, Video, Korrupsiya
"Rəqib olduğum üçün həbsimi sifariş veriblər..." - Sona Vəliyevanın şirkəti ilə bağlı həbsxanadan sensasion məktub
-
Manşet, Foto, Video, Korrupsiya
Sahil Babayevin "buynuzlu" korrupsiyası
-
Manşet, Foto, Video, Korrupsiya
“Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR
-
Manşet, Foto, Video, Korrupsiya
İşdən çıxarılan nazirin Londondakı bahalı avtomobili və mülkləri