Elmar Vəliyevə qarşı məşum terrorda öldürülən şəxsin meyidini xanımı 10 aydır axtarır...

21 May 2019, 18:24
21 May
2019
18:24
1125
Загрузка...
2018-ci ilin iyul ayında Gəncə hadisələri zamanı öldürülmüş Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir. Hüquq müdafiəşisi Oqtay Güləliyevin Criminal.az saytına verdiyi məlumata görə, A.Sərxani məlum Gəncə hadisələr zamanı öldürülən 8 nəfərdən biridir. O.Güləliyev deyir ki, Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın nəşi aylardır ailəsindən gizlədilir:

"Ağa Sərxaninin nəşi "itkin düşüb”. Mərhumun ölümünə aydınlıq gətirilməsi və nəşini ailəsinə təhvil verilməsi üçün onun həyat yoldaşı Sevinc Sərxani baş prokuror Zakir Qaralova müraciət etmişdi. Müraciətdən sonra dəfələrlə polis orqanlarına çağrılan Sevinc xanım təzyiqlərə, kiçik övladları ilə təhdid olunmağa və izlənmələrə məruz qaldı. Və bir müddət sonra respublika prokurorluğu ona cavab məktubu göndərdi...
Doğrusu deyim mən bu məktubu oxuyanda dəhşətə gəldim. Ölkəmizdə insan həyatının bu qədər ucuz və dəyərsiz olduğuna inanmazdım. Məktubda əvvəlcə Sərxani Ağaya böhtan atılaraq bildirilir ki, o, 03 iyul 2018- ci ildə Gəncədə icra başçısına və mühafizəçisinə atəş açaraq terror aktının törədilməsində yaxından iştirak etmiş, mütəşəkkil dəstənin üzvü olmuşdu...".

Hüquq müdafiəçisi deyir ki, Gəncədə məlum hadisələr baş verən ərəfədə Ağa Sərxani nəinki Gəncədə, ümumiyyətlə Azərbaycanda olmayıb: "Apardığımız araşdırma və mərhumun pasportuna vurulan möhür bunu göstərir. Respublika baş prokurorluğuna sual etmək lazımdır ki, ölkədə olmayan şəxs icra başçısının güllələlənməsi hadisəsində necə iştirak edə bilərdi?
Məktubda Ağa Sərxaninin "Makarov” markalı tapança ilə (ailəsi bildirir ki, o, silahsız olub- red.) müasir silahlarla silahlanmış çox saylı DİN əməkdaşlarına "ciddi” müqavimət göstərməsi nağılını və onun qatı cinayətkar və terrorçu kimi "məhv edilməsi” epitetini bir kənara qoyaraq nəşinin 10 aydır ailəsinə verilməməsinə prokurorluq orqanlarının "aydınlıq gətirməsinə” diqqət edək.

Qeyd olunur ki, Ağa Sərxaninin meyidi Gəncə şəhər Kəpəz rayon polis İdarəsinin sahə rəisi Məhərrəmov İlham Şahniyar oğluna təhvil verilib. Təsəvvür edin mərhumun həyat yoldaşı respublika baş prokurorluğundan ərinin qanunsuz olaraq öldürülməsi, həyatdan məhrum edilməsi, nəşinin ötən 10 ayda gizlədilərək ailəsinə təhvil verilməməsi cinayətini araşdırıb ölçü götürülməsini tələb edir. Baş prokurorluq isə yanlış və əsassız bəhanələr gətirərək məsuliyyətdən qaçmağa çalışır. Sonda da deyir ki, sizin həyat yoldaşınızın nəşini filankəsə vermişik. Gedin özünüz araşdırın.
Baxın, hüquq- mühafizə orqanları, prokurorluq qanunsuz olaraq həyatdan məhrum edilmiş, öldürülmüş bir Azərbaycan vətəndaşının taleyinə hansı münasibət göstərir. Məhkəməsiz, sübut-dəlilsiz vətəndaş öldürülür, nəşi ailəsinə verilmir. Həyat yoldaşının nəşini tələb edən qadından isə ərindən imtina etmək tələb olunur. Acı və dəhşətli Azərbaycan reallığı budur!
Seçim bizimdir. Ya gərək bütün bunlara susub növbəmizi gözləməliyik, ya da bu cinayətlərin açılıb səbəbkarların məsuliyyətə cəlb olunması üçün vətəndaşlıq mövqeyi göstərməliyik...".

Загрузка...
Xəbər lenti
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
-
12:09Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
11:55Kassirin başını qatıb pulu apardılar
-
19:04"Bəzi məmurların obrazı üzərindən dövlət vurulur"
-
18:56Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
18:30Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
-
18:17Nazir idarə rəisini işdən çıxardı
-
18:00"Gəncə məhbusu" kimi tanınan Elvin Nəzərovun səhhətində problemlər var
-
17:34Şagirdlərin təqaüd kartlarını yığan direktor tutuldu
-
16:34Gəncə məhbuslarının valideynləri hakimlərə etiraz etdi: "Başımıza niyə oyun açırsız?"
-
15:44“Arqument.az” saytı ilə nazirliyin məhkəmə çəkişməsi davam edir
-
13:31Azərbaycanda daha 5 tələbə zəhərləndi
-
12:46"Lombard Məlahət" baş redaktorun həbsi üçün yenidən məhkəməyə verdi
-
12:07"Qardaşım polislərin verdiyi işgəncədən dünyasını dəyişdi..." - Müəmmalı ölümlə bağlı sensasion iddia
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
YAP-ın rəhbər şəxsi arvadını evdən qovub: "Deyir ki, prezidentin köməkçisi Əli Həsənovla dostam, ona Xızıda villa tikdirirəm..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
İş adamını həbs etdirən şəxs general Elçin Quliyevin əmisi oğlu yox, bibisi nəvəsidir - Vəkil
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Bu Allahsız adam hər bir hərəkətə əl atmağa hazırdır..." - "Şərurlu İsfəndiyar"ın bacısı oğlunun əməlləri
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
SOCAR-ın idarə rəisi dövlət torpağını generala satıb - "Bizimlə mübahisə eləmə, səni atacaqlar içəri..."
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
Elmar Vəliyevə qarşı məşum terrorda öldürülən şəxsin meyidini xanımı 10 aydır axtarır...
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
"Həyat yoldaşım iflicdir, ağrıdan yata bilmir, nazirlik dəlixanaya göndərir"
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
Prokurorluq əməkdaşının müəmmalı ölümü: 200 min dollar rüşvət, Antalyadan gələn cənazə...
-
Sənəd, Manşet, Foto, Cəmiyyət
''Zakir Həsənov, xahiş edirəm xəstə oğlumun əvəzinə əsgərliyə məni göndərin''