Elmar Vəliyevə görə cəzalandırılanların ailələri Gəncədə piket keçirəcək

05 Fevral 2022, 22:39
05 Fevral
2022
22:39
823
"Məqsəd məhkəmə proseslərinin ədalətsiz olması, onların günahsız həbsdə saxlanması haqda ictimaiyyəti məlumatlandırmaqdır”
Gəncə hadisələrinə görə həbsdə olan şəxslərin ailə üzvləri fevralın 7-də icra hakimiyyətinin qarşısında piket keçirmək niyyətindədir. Onlar bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məktub göndəriblər.
Şikayətçilər məktubda yazıb ki, Gəncə hadisələrilə əlaqədar xeyli günahsız adam həbs olunub, məhkəmələr ədalətsiz keçirilib.
"Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev vəzifəsini düzgün icra etmədiyinə, insanlara zülm elədiyinə görə 3 iyul 2018-ci ildə Yunis Səfərov ona qarşı sui-qəsd törətdi. Lakin Baş Prokurorluğun İstintaq İdarəsi bu hadisəni şəxsi müstəvidən çıxararaq, dini qrup tərəfindən törədilmiş hadisə, dövlət çevrilişinə cəhd kimi qələmə verdi, xeyli insan həbs olundu, bir neçə nəfər qətlə yetirildi. Həmçinin 10 iyulda təşkilatçıları məlum olmayan aksiya barədə müəyyən qüvvələr tərəfindən Gəncədə iğtişaş törətmək məqsədilə sosial şəbəkədə məlumat paylaşıldı. Həmin aksiyada iki polis öldürüldü, oradan keçən, hadisəyə baxan insanlar belə, kütləvi şəkildə həbs edildi. Bu, Yunis Səfərova dəstək aksiyası kimi qələmə verildi və 100-dən çox günahsız adam həbs olundu. Onların bir hissəsi hələ də həbsdədir”.
Sabiq icra başçısına qarşı sui-qəsdə görə Yunis Səfərov da daxil olmaqla, 12 nəfərə terrorçuluq, dövlət çevrilişi hazırlama, qəsdən adam öldürməyə cəhd və s. 30-dan artıq maddə ilə ağır ittihamlar verilib. Bu 12 nəfərdən ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Buna baxmayaraq, onlar da təqsirləndirilən şəxs qismində tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Yunis Səfərova ömürlük, qalan 9 nəfərə 18 ildən 20 ilə qədər həbs cəzası kəsilib. İki nəfər isə təqsirli sayılsa da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Həm 10 nəfərin hamısı, həm də iki nəfərin hüquqi varisləri hökmdən narazı qalaraq, apelyasiya şikayəti verib. Hazırda onların işinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılır.
"Piket keçirməkdə məqsəd təqsirləndirilən şəxslərin barəsindəki məhkəmə proseslərinin ədalətsiz olması, onların günahsız həbsdə saxlanması haqda ictimaiyyəti məlumatlandırmaqdır”, – Gəncə məhbuslarının ailə üzvləri icra başçısına məktubda yazıb.
Günay Zalova Meydan TV-yə bildirib ki, artıq 4 ilə yaxındır həyat yoldaşı Cəfər Zalov heç bir cinayət törətmədiyi halda, dəmir barmaqlıqlar arasındadır. Elmar Vəliyevə qarşı sui-qəsdə görə o, 18 il azadlıqdan məhrum edilib: "Günahsız insanlar heç bir cinayət törətmədikləri halda məhbus həyatı yaşayırlar. Biz ailələr 4 ilə yaxındır ki, getmədiyimiz dövlət qapısı, müraciət etmədiyimiz dövlət strukturu qalmadı. Çox təəssüf ki, bu zaman ərzində heç bir səlahiyyətli şəxs biz ailələri qəbul edib dinləmək istəmədi”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”