Elmar Vəliyev tərəfindən obyekti əlindən alınmış sahibkarın hekayəsi Elmar Vəliyev tərəfindən obyekti əlindən alınmış sahibkarın hekayəsi

Elmar Vəliyev tərəfindən obyekti əlindən alınmış sahibkarın hekayəsi
 Rusiya vətəndaşı olan Gəncə sakini Məmmədov Nəsrəddin 1974-cü ildən Rusiyada yaşayıb. O 29 ildən sonra 2004-cü ildə Gəncəyə gəlib və özünə 10 sotluq yerdə obyekt alıb. 2010-cu ildə Elmar Vəliyev Gəncəyə İcra başçı təyin edildikdən sonra 2011-ci ildə sahibkarın ərazisi yolu genişlətməliyik bəhanəsi ilə sökülüb.
Vətəndaş haqqını tələb etmək üçün məhkəməyə müraciət etsə də müsbət qərar çıxmayıb. Sahibkar həmin ərəfədə keçirdiyi streslərə görə müxtəlif xəstəliklər tapıb. Onun heç bir yerdən gəlir yeri yoxdu.
Məmmədov yenidən məhkəməyə müraciət edib. Əgər müsbət cavab almasa Rusiya səfirliyinə və Avropa məhkəməsinə müraciət edəcəyini bildirib.

Xəbər lenti