Elmar Vəliyev niyə hədəf seçildi?

13 İyul 2019, 22:02
13 İyul
2019
22:02
361
Загрузка...
"Hadisələrdən bir il keçsə də, bu zaman ərzində baş verən hadisələrin təfərrüatı, mahiyyəti barədə informasiyalar çox az oldu və bu işdə cəmiyyəti maraqlandıran və həm də narahat edən suallar qalmaqda davam edir. Məhkəmə proseslərindən verilən xəbərlər çox ziddiyyətlidir və bu işdə sağ qalanların da, ölənlərin də konkret nədə ittiham olunması aydın təsir bağışlamır”. Bunu təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Gəncə hadisələrinin bir ilinin tamam olması ilə bağlı Astna.biz saytına müsahibəsində deyib.
Ekspert hesab edir ki, Gəncə hadisələri ilə bağlı "qaranlıq qalan" çox tərəflər var;
"Ən birincisi, cinayətin motivinin tam nədən ibarət olduğu dəqiq bilinmir. İlk olaraq icra başçısına olan sui-qəsdin motivinin dini zəmin, ya da məmurun qəddar hərəkətlərinə etiraz təşkil etdiyi barədə yekun rəy yoxdur, ya ən azı ictimaiyyət məlumatlandırılmayıb. Cinayəti törədənin dindar şəxs olduğu, İranda xüsusi hərbi hazırlıq keçdiyi məlumdur, amma bu, hələ kiməsə sui-qəsdin motivi ola bilməz. Bu işin istintaqına 80 nəfər cəlb olunub. Kiçik rəqəm deyil. Bu insanların nə planladığı, nəyə nail olmaq istədiyi açıqlanmayıb. İttiham olunanlar isə birmənalı şəkildə iddiaları qəbul etmirlər. Nə vaxtadək müəmma davam edəcək, demək çətindir”.
İ. İsmayıl qeyd edir ki, icra başçısına sui-qəsddən sonra mitinq çağırışları, həmin gün meydanda əli qılınclı qatilin sərbəst dolaşması, hüquq-mühafizə orqanlarının situasiyaya uyğun olmayan davranışları müəmma yaradır, ona görə indi də cavabı hələlik məlum olmayan bu suallar barədə yalnız ehtimal irəli sürmək olar: "Ehtimal isə dəqiq informasiya deyil və həqiqətə yaxın olsa belə, sübut olunmadığı halda onu irəli sürənə qarşı ən azı ciddi iradlar ola bilər. Hadisələri təhlil edəndə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən hadisələri CHP liderinin "kontrollu darbe" adlandırmasını xatırladım. 3 iyuldan sonra Gəncədə baş verənlər də sanki bir "kontrolluq" təsiri bağışlayırdı”.
Hadisənin baş vermə motivinə gəldikdə isə ekspert bildirir ki, Gəncə tarixən etiraz etməyi bacaran şəhər olub: "Məmur özbaşınalığı yalnız Gəncədə deyil, ölkənin hər yerində olub və var. Amma Gəncədə özbaşınalıq yox, qəddarlıq, kobudluq, zülm, ən əsası insanların heysiyyatının təhqir olunması baş verirdi və 7 illik hirs, əsəb özünü bir şəkildə büruzə verdi.
Keçmiş icra başçısının insanları təhqir etməsi, qəddarlığı əsas səbəbdir, amma cinayətin konkret motivi deyil. Qubada bir cür, İsmayıllıda başqa cür, Gəncədə fərqli şəkildə etirazlar olub.
Xarici ölkə faktoruna gəldikdə bu, ilk gün ən azı belə təəssürat yaratmışdı. Hadisədən bir gün əvvəl Mingəçevirdə ölkənin həyati vacib obyektində baş verən qəzadan sonra Gəncədəki sui-qəsd ilk baxışda təxribat elementlərinə oxşayırdı, amma hadisələr əlaqəli olsaydı, ehtimal olunan "təxribat" başqa yerlərdə də davam edərdi, ona görə hadisələr arasında bağlılıq görmürəm. Sui-qəsdi törədən şəxsin dindar olması, Moskvadakı məsciddə xüsusi fəallığı, İrana ziyarəti və iki il orada qalması şübhə yaradan hallardır. Hadisələri Rusiyanın, İranın xəbərdarlığı kimi də yozmaq olardı, amma hakimiyyət və deyilən ölkələr arasında xüsusi fikir ayrılığı olmadığından bu versiya da az inandırıcıdır, amma istisna da deyil”.
Загрузка...
Xəbər lenti
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
-
12:09Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
11:55Kassirin başını qatıb pulu apardılar
-
19:04"Bəzi məmurların obrazı üzərindən dövlət vurulur"
-
18:56Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
18:30Arif Rəhimzadə Əli Həsənovu müdafiə etdi
-
18:17Nazir idarə rəisini işdən çıxardı
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət
“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
Cəmiyyət
Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
Manşet, Cəmiyyət
Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
Cəmiyyət
Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
Cəmiyyət
Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
Cəmiyyət
Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
Cəmiyyət
“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
Video, Cəmiyyət
Bakıda sürücü ambulansa yol vermədi
-
Cəmiyyət
Yeni parlament seçkilərinin vaxtı bilindi