Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ

Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov ''Monitor'' jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı olduqca ilginc məlumatlar açıqlamaqda davam edir. Criminal.az xəbər verir ki, vəkil ''facebook'' profilində yazdığı postda o vaxtki ABŞ səfirinin Elmar Hüseynovun qətlindən bəhs edən məxfi teleqramı yaydıqdan sonra, ''TARİX TƏKRARLANIR. ELMARI MTN-İN GÖZÜ QARŞISINDA GÜLLƏLƏYİBLƏR?'' postunu paylaşıb. Vəkil həmin postda oxucuların diqqətini keçmiş polis polkovnik-leytenantı, qanqster Hacı Məmmədovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə üzləşməsinə yönəldib. 
A.İsmayılov yazır: "Hacı Məmmədov ifadə verəndə artıq bir ildən çox idi ki, istintaqı MTN-in müstəntiqi Faiq Qəniyev aparırdı. (indi Bakı Ağır cCnayətlər Məhkəməsinin hakimidir. Yeri gəlmişkən, Haçı Məmmədovun cinayət işi üzrə istintaq qrupunun rəhbəri və 2 müstəntiqi Azad Məcidov, Novruz Kərimov və Eldar İsmayılov 2011-ci ildən hal-hazıra kimi həmin məhkəmədə hakimdilər. Hacı Məmmədovu dövlət hesabına müdafiə edən Rafiq Bağırov 2007-ci ildən Kürdəmir rayon məhkəməsinin hakimidir).
Hacının məhkəmədəki bəyanatından sonra o, MTN-nin binasında Fərhad Əliyev üzləşdirildi. Mən və rəhmətlik Elton Quliyev o zaman Fərhad Əliyevin vəkilləri kimi üzləşdirmədə iştirak etdik. Üzləşdirmədə Hacı Məmmədov Montində "Yaşıl ada” restoranında Fərhad Əliyevlə görüşdüyünü və burda sonuncunun ona Elmar Hüseynovu öldürməyi sifariş verdiyini dedi. Hacının açıq-aşkar yalan danışması göz qabağında idi. Fərhad Əliyev təbii ki, onun dediklərinin yalan olmasını söylədi. Məmmədovun ifadəsini möhkəmləndirmək üçün istintaq əlavə "sübutlar”da düzəltmişdi. Hacının dəstəsinin üzvlərindən biri milliyyətcə çeçen olan və Hacının işi üzrə bir neçə qətlin, o cümlədən Rövşən Əliyevin qətlinin icraçısı olan Musa Dabuyev Elmar Hüseynovun qətlə yetirildiyi, hadisə yerində atılmış tapançanı qətlin aləti kimi "tanımışdı”. Hacının dəstəsinin bir neçə üzvü tanınma üçün Elmar Hüseynovun həyat yoldaşına təqdim edilmişdi. Üzləşdirmədən dərhal sonra mətbuat üçün açıqlama verərək, Hacının dediklərini təkzib etdik. Mətbuat konfransında dedim ki, Hacı Məmmədovun Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi əsasında öldürməsi ssenarisini yazanlar unudur ki, bununla özlərini ifşa edirlər''.
''Cinayət işinin materiallarından məlum idi ki, Hacı Məmmədov ən azı 23 fevral 2005- ci ildən MTN-in nəzarətində olub, onun telefonları dinlənilib, özü güdülüb. Əgər Elmar Hüseynovu həqiqətən də o öldürübsə demək qətl Hüseynovu güdən MTN əməkdaşlarının gözü qarşısında olub. Əslində bu mümkün idi. Azərbaycan DTK-sının yaxın keçmişində belə hal olmuşdu. Vəkilliyə gələndən sonra mənim ilk müvəkkillərimdən biri DTK polkovniki Sadıq Əliyev olub.(Bu iş barəsində də özəl xatirələrim var). O vaxt Sadıq Əliyev "Azərnəşr"in direktoru Əjdər Xanbabayevin 1990-cı il may ayının 30-da Bakının mərkəzində qətlə yetirilməsini, həmin vaxt onun ətrafında DTK tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini, hadisədən sonra onun kabinetində qoyulmuş dinləmə qurğusunun DTK əməkdaşı tərəfindən götürülməsi və digər təfərrüatlar barəsində mənə danışmışdı. Əjdər Xanbabayev mərhum prezident Heydər Əliyevlə yaxınlıq etdiyinə və onun Azərbaycana qayıdışının təşkilatçılarından biri olduğuna görə DTK-nın diqqət mərkəzinə düşmüşdü və Heydər Əliyevin Azərbaycana qayıdışını əngəlləmək üçün qətlə yetirilmişdi. Bu işlə əlaqədar mən "Müxalifət” qəzetində geniş məqalə də yazmışdım. Sonralar 2002-ci ildə həmin hadisə ilə bağlı Elmira Axundova və İsa Nəcəfov "Naşirin ölümü” əsərini yazdılar. Yenə sağ olsunlar, kitabda mənim adımı da qeyd etməyi unutmadılar''.
Vəkil daha sonra yazır ki, Fərhad Əliyevlə bağlı mətbuat konfransından sonra guya istintaq sirrini yaydığına görə baş prokuror ondan Vəkillər Kollegiyasına  şikayət edib:
"Mənə növbəti töhmət verdilər. 2015-ci ildə Eldar Mahmudov nazir vəzifəsindən azad edildikdən sonra Hacı Məmmədov ərizə ilə Ali məhkəməyə müraciət etdi. Ərizədə Hacı Məmmədov bildirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ondan Elmar Hüseynovun qətlinin icrasını öz üzərinə götürməyi, sifarişçi kimi isə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkməyi tələb edib. Məhz bu tələbdən sonra o, Fərhad Əliyevin üzünə durub. Hacı Məmmədov yazırdı ki, qətlin onun tərəfindən törədilməsi, sifarişçinin isə Fərhad Əliyev olduğu barədə vaxtilə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Hacı Məmmədov həmçinin Zakir Nəsirov barəsində verdiyi bütün ifadələrin də yalan olmasını, MTN-in təhriki ilə onu şərlədiyini yazırdı. Bu etiraflarından çox keçmədi ki,Hacı Məmmədov saxlanıldığı Penitensiar Xidmətin müalicə müəssisəsində özünü asıb intihar etdi...".
Davamı olacaq...
• Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: "Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
Загрузка...
Загрузка...

Xəbər lenti