Elman Məmməyarovun oğlu Nyu Yorkda 2 050 000.00 dollara mənzil alıb Elman Məmməyarovun oğlu Nyu Yorkda 2 050 000.00 dollara mənzil alıb

Elman Məmməyarovun oğlu Nyu Yorkda 2 050 000.00 dollara mənzil alıb
Загрузка...
Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib. 

Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 795 000.00 dollar olub. 

Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır.
Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır. 





Xəbər lenti