Elinanın ölüm işi: Ali Məhkəməyə şikayət olunacaq

Elinanın ölüm işi: Ali Məhkəməyə şikayət olunacaq
Загрузка...
 Vəkil hadisə zamanı direktorun otağında olan vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunmaları ilə bağlı müraciət edəcək
Ötən ilin aprelində 162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü üçüncü mərtəbədən atıb intihar etməsinə görə cinayət məsuliyyətinə cəlb edilən bir nəfər oldu – məktəbin keçmiş direktoru Sevinc Əliyeva.
O da istintaq və məhkəmə dövrünü ev dustaqlığında keçirdi. Ardınca da məhkəmə ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət etmə, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evdən çıxmamaq) cəzası təyin edildi. İstər zərərçəkmiş tərəfin, istərsə də bir sıra ictimai-siyasi fəalların etirazlarına baxmayaraq, apelyasiya məhkəməsi də hökmü qüvvədə saxladı.
Elinanın anası Sevil Hüseynovanın vəkilləri direktorun cəzasının ağırlaşdırılması üçün Ali Məhkəməyə şikayət edəcək. Kassasiya şikayətində 100 min manat təzminat tələbilə sabiq direktor və Təhsil Nazirliyinə qarşı qaldırdıqları mülki iddianın da təmin olunması məsələsini qoyacaqlar.
Səbail Rayon Məhkəməsi bu mülki iddianı yalnız direktora münasibətdə təmin edib, məbləğ də 18 min manat – 10 min mənəvi ziyana, 8 min manat isə maddi ziyana görə. Bu barədə danışan vəkil Sevinc Əliyeva bildirib ki, Ali Məhkəməyə şikayətdən əlavə başqa hüquqi addımlar da atacaqlar. Onlar hadisədən sonra direktorun otağında olmuş, 1 saat yarımdan artıq müddətdə təcili tibbi yardım çağırmamış digər şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasında israrlıdılar:
"Orada olan, lakin vaxtında təcili yardım çağırmayan şəxslərin hamısı ən azı, ömürlərinin sonuna qədər vicdan əzabı keçirməlidir. Necə ola bilər, uşaq divanda imdad diləyir, orada o qədər yetkin, müəyyən vəzifə tutan adamlar ola-ola, təcili yardım çağrılmır?! Ona görə biz digər şəxslərin də məsuliyyəti məsələsini qaldıracağıq. Təkcə direktorla məhdudlaşmamalıdır”.
S.Əliyevanın sözlərinə görə, Kliniki Tibbi Mərkəzin ("Semaşko”)nun həkimlərinin də hadisədən sonra Elinanın müayinə və müalicəsində səhlənkarlıq etməsilə bağlı ciddi şübhələr var:
"Bu istiqamətdə də hüquqi addımlar atırıq və davam edəcəyik”. Məktəbin keçmiş direktoru S.Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə məhkum olunub. Lakin o, özünü təqsirli bilmir. O da hökmdən apelyasiya şikayəti verərək, haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəmişdi.

Xəbər lenti