“Əlil qardaşım betonun üstündə yatır” “Əlil qardaşım betonun üstündə yatır”

“Əlil qardaşım betonun üstündə yatır”
Загрузка...
Ağsu sakini: "Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu”
"Büdcəni dağıdırlar, əlilə, xəstəyə baxan yoxdur. Vətəndaşı qapıdan qovurlar, İkinci qrup əlil qardaşım, xəstə anam, bacım, həyat yoldaşım – hamımız betonun üstündə yatırıq. Hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. İş vermirlər ki, başımızı dolandıraq”.
"Hamımız xəstə, yarımcan...”
Ağsu sakini Ramil Kərimov Meydan TV-yə danışır ki, atası Qarabağ döyüşlərində yaralanıb. Müharibənin yaraları onu həyatdan çox erkən aparıb. O və digər 5 uşaq tək ananın himayəsində böyüyüb. Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib. Ramil Kərimov ailənin durumundan danışır: "Bizi əziyyətlə böyüdən anam yataq xəstəsidir, bacım da, həyat yoldaşım da xəstədir, müalicələrinə maddi imkanımız yoxdur. Həyat yoldaşım böyrək çatışmazlığından əziyyət çəkir, qardaşımsa 2-ci qrup əlildir. Betonun üstündə yatır. Çox acınacaqlı durumdayıq, elə hamımız betonun üstündə yatırıq, evimiz başımıza uçur, dam örtüyü dağılıb, yağış başımıza yağır. Dörd ağır xəstə belə vəziyyətdə zülm çəkir. Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu. Üstəlik də ailəmizdə heç kimin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Hətta məşğul olmaq istəsək belə, iş də yoxdur”.
"Səsimizi eşidən yoxdur”
Ramil Kərimov deyir ki, ailə gözünü 2-ci qrup əlilin pensiyasına dikib. Bu pensiya ailənin nəinki dərmanlarına, heç yavan çörəyinə də çatmır. Ailə üzvləri ünvanlı sosial yardım üçün müraciət etsələr də, imtina cavabı alıblar. Şikayətçinin sözlərinə görə, həm özü, həm də ailə üzvləri Ağsu Rayon İcra Hakimiyyətində olsalar da, onlara bildirilib ki, qurumun kömək etmək imkanı yoxdur: "Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur. Son vaxtlar ordan da ümidimizi üzmüşük, daha getmirik. Hansı quruma müraciət ediriksə, deyirlər, bura sizinçün yardım paylayan təşkilat deyil. Prezident rayonlara icra başçısı təyin edir ki, xalqın dərdiylə maraqlansın, problemini həll eləsin.Ancaq bizim icra hakimiyyətinə gələn vətəndaşlara deyirlər, bura yardım paylayan, iş verən təşkilat deyil. Bəs vətəndaş neyləsin, gedib oğurluqla məşğul olsun?” "Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib".
"Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib". 

 "Vətəndaş aidiyyəti üzrə müraciət etsin”
Ağsu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Kərimovlar ailəsinə kömək etməyə büdcədə vəsait nəzərdə tutulmayıb: "Evin dam örtüyü yararsızdırsa, bələdiyyəyə müraciət edə bilər. Sosial yardımını kəsiblər, bunun üçün ayrıca qurum var, müraciət etsin, araşdırsınlar ki, niyə kəsiblər. İşsizdir, məşğulluq mərkəzinə müraciət etsin, dərmanı yoxdur, bundan ötrü səhiyyə qurumları var. İcra hakimiyyəti bu qurumların yerinə işləməli deyil axı... Hər qurumun öz vəzifəsinə, səlahiyyətinə daxil olan işi var”. Ramil Kərimov sadalanan həmin qurumlara müraciət etdiyini, ancaq cavab almadığını bildirir.
"Vətəndaşı geri çevirmək qanunsuzdur”
Hüquqşünas Namizəd Səfərov deyir, vətəndaş problemi ilə bağlı icra hakimiyyətinə müraciət edirsə, həmin qurum onun məktubunu özünə qaytarmalı, "bu məsələnin bizə aidiyyəti yoxdur” deməli deyil. Məktubu aidiyyəti üzrə quruma göndərməli və vətəndaşın probleminin araşdırılmasını tövsiyə etməlidir. Aidiyyəti qurum da vətəndaşa qanunda nəzərdə tutulmuş müddət ərzində cavab verməlidir:
"Müsbət, ya mənfi, fərq eləməz, vətəndaşa əgər araşdırma tələb olunmursa, 5 iş günü, araşdırma tələb olunursa, 2 iş həftəsi, istisna hallarda, 1 ay ərzində cavab verilməlidir”.
Ramil Kərimov Prezidentə müraciət edib ki, rayondakı məmurların ailənin şəraiti, yaşayışı ilə maraqlanması üçün göstəriş versin. O, ölkə başçısına yazdığı məktubun aqibətindən də xəbərsizdir.

Xəbər lenti