Əli Nağıyev Armen Abazyanla görüşüb

Əli Nağıyev Armen Abazyanla görüşüb
Azərbaycan və Ermənistanın təhlükəsizlik xidmətləri rəisləri sərhəd bölgəsində bir araya gəldilər "Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə işgüzar görüş keçirib".
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi şənbə günü məlumat yayıb. Musavat.com "Sputnik Armenia"nın yaydığı xəbərə istinadən yazır ki, görüş Ermənistanın Ararat bölgəsinin Yerasx icmasına bitişik bitərəf bir sərhəd zonasında baş verib. Ermənistan qaynaqlarının yaydıqları xəbərdə bildirilir ki, görüşdə məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan DTX məlumat yayan kimi, onu da təqdim edəcəyik.

Xəbər lenti