Əli Kərimlinin mühafizəçisini naməlum istiqamətdə aparıblar

Əli Kərimlinin mühafizəçisini naməlum istiqamətdə aparıblar
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirli yoxa çıxıb. AXCP-nin Gənclər komitəsinin sədri Emil Səlim Criminal.az saytına bildirdi ki, R.Əmirlini Milli Onkologiya Mərkəzinin qarşısından tutaraq naməlum istiqamətə aparıblar. Artıq bir saatdan artıqdır ondan xəbər yoxdur.
"Ruslan Əmirli bir neçə gün öncə özünü "fədailər"in rəhbəri adlandıran, sosial şəbəkələrdə əlində silah şəkillərini paylaşan Fuad Muradov tərəfindən ölümlə təhdid edilmişdi. Ruslanın başına gələcək hər hansı bir hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır. Hüquq mühafizə orqanlarından məlumat gözləyirik" - Emil Səlim qeyd edib.
R.Əmirlinin saxlanılması haqda hələlik rəsmi məlumat yoxdur.  


Загрузка...
Загрузка...

Xəbər lenti