Əli Kərimlinin mühafizəçisinə qarşı 5 maddə ilə ittiham irəli sürüldü

11 Oktyabr 2020, 00:47
11 Oktyabr
2020
00:47
847
Ruslan Əmirovun istintaqı digər işlərdən ayrı aparılacaq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirov da iyulun 15-də Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşünə görə cinayət məsiliyyətinə cəlb edilib. Baş Prokurorluğun İstintaq İdarəsində bununla əlaqədar onun barəsində cinayət işi başlanıb. Bu barədə AXCP mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, oktyabrın 10-da İstintaq İdarəsində R.Əmirov təqsirləndirilən şəxs qismində tanınıb, ona qarşı Cinayət Məcəlləsinin 5 maddəsilə ittiham irəli sürülüb.
"Ruslan Əmirovu oktyabrın 9-da günorta saatlarında yaşadığı evdən gəlib aparmışdılar. Onu axşam buraxsalar da, oktyabrın 10-da səhər saat 10.00-da prokurorluqda olmaq tapşırılmışdı. Bu gün gedəndə məlum olub ki, onu da Qarabağ yürüşü ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanıyıblar. Beləliklə, AXCP-dən həmin yürüşə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 oldu. İyulda həbs olunan 16 cəbhəçinin işi artıq məhkəməyə göndərilib, oktyabrın 27-də hazırlıq iclası keçiriləcək. Ruslan Əmirovun istintaqı isə ayrıca aparılacaq”, - deyə AXCP-dən bildirilib.
İstintaq dövrü üçün R.Əmirov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, özgənin əmlakına ziyan vurma və qəsdən sağlamlığa az ağır zərər vurma kimi əməllərdə ittiham olunur.
Cinayət Məcəlləsində bu maddələrlə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Qarabağa dəstək yürüşü üzrə ümumilikdə 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onlardan da 37-sinin işi məhkəməyə göndərilib.
Həbs olunanlar arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Asif Yusifli də var.
Həbs olunan AXCP üzvlərinin bir çoxu ümumiyyətlə, o yürüşdə iştirak etmədiklərini bildiriblər.
İttihamda Almaniyada yaşayan mühacir, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovun da adı hallanır.
İttihamda yazılıb ki, Qabil Məmmədov, həyat yoldaşı Aytən Ramazanova və başqaları əlbir olub, yürüşdə iğtişaş törətmək qərarına gəlib. Baş verənlərə də onlar rəhbərlik edib.
"WhatsApp” proqramı vasitəsilə Bakıdakılara təlimat verilib. AXCP üzvləri də bu haqda "Facebook”da yaratdıqları gizli qrupda öz aralarında müzakirələr aparıblar. Təqsirləndirilən şəxslər əvvəldən müəyyənləşdirilmiş plan üzrə hərəkət ediblər.
AXCP və həbsdə olan cəbhəçilər isə bu ittihamı rədd edir.
AXCP sədri Əli Kərimli bildirib ki, cəbhəçilərin həbsi partiyaya qarşı repressiyaların davamıdır və Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi barədə nifrət nitqindən qaynaqlanır.
Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib.
Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.
N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.
Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Cinayət
Masallıda AXCP fəalı həbs olundu
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Cinayət
Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
Cinayət
Bir erməni, itkin düşən erməni hərbçilərin yaxınlarını soyundurdu, başlarına oyun açdı
-
Video, Cinayət
“Əli və Nino”nun ofisi qarət olunub
-
Cinayət
Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıb
-
Cinayət
Azərbaycanın əleyhinə casusluq edən erməni həbs edildi
-
Cinayət
Əli Kərimlinin mühafizəçisinin işi üzrə istintaq yekunlaşdı
-
Cinayət
Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb