Əli Kərimlinin köməkçisi mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılıb

Əli Kərimlinin köməkçisi mülki geyimlilər tərəfindən naməlum istiqamətə aparılıb
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə Criminal.az saytına onun həyat yoldaşı Lələ Əmirli məlumat verib.
O bildirib ki, F.Əmirli bu gün yaşadıqları Səbail rayonu, 20-ci sahə adlanan ərazidə həyətə çıxıb. Bu zaman Jeep, Hyundai Tucson və markasını bilmədiyi avtomobillərdən düşən mülki geyimli şəxslər F.Əmirliyə yaxınlaşıb və başını aşağı əyərək avtomobilə əyləşdiriblər. Sonra nanəlum istiqamətə aparıblar.
L.Əmirli həyat yoldaşının kimlər tərəfindən və hansı səbəbdən aparılması haqda məlumatı olmadığını deyir.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları açıqlama yaymayıb.

Xəbər lenti