Əli Kərimli sərbəst buraxılıb: "6-7 nəfər məni avtobusda yerə yıxdı, qoluma qandal vurdu və döyməyə başladılar" Əli Kərimli sərbəst buraxılıb:

Əli Kərimli sərbəst buraxılıb:
Загрузка...
Milli Şuranın bu gün Bakıda keçirilən razılaşdırılmamış aksiyası zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sərbəst buraxılıb. Criminal.az xəbər verir ki, AXCP sədri artıq evindədir. Bu barədə Ə.Kərimlinin özü sosial şəbəkədə məlumat verib.
Jurnaslist Sevinc Osmanqısının canlı yayımına çıxan Ə.Kərimli ağır işgəncələrə məruz qaldığını dilə gətirib: "Azadlıq qurban tələb edir. Bu millətin azadlığı üçün canım fəda. Az qalmışdı, bir neçə saniyə də məni boğmaqda davam etsəydilər, yəqin ki, doğurdan da fəda olacaqdım. Ümid edirəm mənim necə həbs olunduğumu xalqımız görüb. Məni sonra ayrıca polis avtobusuna mindirdilər. Çevik polis alayının 6-7 nəfər əməkdaşı məni dərhal avtobusda yerə yıxdı, qoluma qandal vurdu və döyməyə başladılar. Çox pis şəkildə döyüb işgəncə verirdilər. Bir neçə dəfə dedim ki, bu artıq döymək deyil, öldürməkdir. Çünki 6-7 nəfər əli qandallaı adamı yerə yıxıb təpikləyir, dizi və yumruqları ilə vurur. Daxili orqanlarımdan, başımdan çoxsaylı zərbələr vurdular və bunların hamısını kamera qarşısında edirdilər. Ölkədə hansısa manyak var və o manyak bu adamlara tapşırıb.
 
Kimdir ki, polis əməkdaşları Əli Kərimlini müxalifət liderini bu şəkildə döysün və onu kameraya çəksin. Təbii ki, onlara göstəriş veriblər. Hesabatlılıq üçün kamera qarşısında döyürlər, işgəncə verirlər, təhqir edirlər və tələb edir ki, daha insanları mübarizəyə qaldırma. 
Bir müddət fasilə verdilər, sonra yenidən ikinci raund başladı. Üçüncü raund da oldu. Xətai polisinə gətirdilər və dedilər ki, çəkiliş olacaq, söz verməlisən ki, daha xalqı hökümətə qarşı qaldırmayacaqsan. xalqı mübarizəyə səsləməyəcəksən. Və bu barədə açıqlama verməlisən. Dedim öldürün. Başladılar yenidən. Adam çağırdılar vaan otağının qanını təmizləməyə. Təbii ki, döyülmək qeyri-insani səviyyətdə 6-7 adam tərəfindən dözülməzdir. Mənə ən böyük həyati təhlükəni boğulma yaratdı. Boğazımdan təpiklə vurdular ki, biz deyəni deməlisən. Yerə uzadıb ayağımı tutub, bir nəfər də ayağı ilə boğazımı sıxır, nəfəsim kəsilir, deyirəm ki, mən ölə bilərəm. Ölsəm yaxşı olmayacaq. Gördüm danışa bilmirəm, bir neçə dəfə toparlanıb dedim ki, artıq məni öldürürsüz. Bir neçə dəfə də toparlanıb dedim ki, mən erməni əsirliyindəyəm, Xocalıda özümü hiss edirəm. Mənə erməni əsirliyindəki soydaşlarımızın yaşadığını yaşatdınız. Onların kamerası qarşısında öldürün məni dedim. Bu ağır imtahandan keçə bildim. Millətimin halal xoşu olsun. Millətim üçün verilmiş bir qurbandır.  Bütün köynəyimi çıxartdılar, üstümə su töküb ayıltdılar. Xətai polisində sanki əsirlikdən qayıtmışdım. Xətai polisinin rəhbərliyinin müşayəti ilə DİN hospitalına aparıb müayinə etdilər. Xəstəxanada xərək gətirdilər. Müayinələrə də xərəklə getdim.Dedilər ki, sınıqlar yoxdur, dedilər daxili orqanlarımda həyati təhlükə yoxdur. 3 həftəyə qədər bu əziklərin reabilitasiyası davam edəcək. Başıma tikiş qoyublar. Bir yerim də partlayıb, 6 tikiş qoydular. Sonra evimin yaxınlğına gətirdilər. Evimin 300 mertliyindən taksi ilə gəldim".
Загрузка...
Загрузка...

Xəbər lenti