Əli Kərimli məhkəməyə gətirilib Əli Kərimli məhkəməyə gətirilib Əli Kərimli məhkəməyə gətirilib

Əli Kərimli məhkəməyə gətirilib
Загрузка...
Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət etmək isəyərkən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri bu gün məhkəmə qarşısına çıxarılır. Criminal.az saytının məlumatına görə, partiya sədri artıq Səbail rayon Məhkəməsinə gətirilib. 
Qeyd edək ki, AXCP mətbuat xidməti noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısını yayıb. Həmin siyahını təqdim edirik:
1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi
3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi
8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil
9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi
10.Fatimə Mövlamova- 513.2 bloger
11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı
12. Ruslan Qurbanlı-513.2, Nərimanov şöbəsi, 1000 manat cərimə edilərək sərbəst buraxılıb.
Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə deyib ki, vəkil Fuad Ağayevin orderi olmadığından polis ona Əli Kərimliylə görüşə icazə verilməyib: "Ancaq digər vəkil Elçin Sadıqov AXCP sədri ilə görüşmək üçün cəhd etsə də, icazə verməyiblər, halbuki, onun orderi var idi". 




Загрузка...
Загрузка...

Xəbər lenti