Əli Kərimli 2500 manatlıq qərardan şikayət verib

Əli Kərimli 2500 manatlıq qərardan şikayət verib
Загрузка...

Vəkil: ''Hələlik Bakı Apelyasiya Məhkəməsində iclasın vaxtı təyin olunmayıb''

AXCP sədri Əli Kərimli 2500 manat cərimələnməsi barədə məhkəmə qərarından apelyasiya şikayəti verib. Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.

Bildirilib ki, Ə.Kərimlinin vəkili Fuad Ağayev bir neçə gün öncə apelyasiya şikayətini sərimə qərarını çıxarmış Səbail Rayon Məhkəməsinə təqdim edib: "Amma hələlik Bakı Apelyasiya Məhkəməsində iclasın vaxtı təyin olunmayıb. Olunubsa belə, tərəflərə hələ ki, bu barədə məlumat verilməyib”.

Ə.Kərimli noyabrın 17-də Milli Dirçəliş Gününün 30 illiyilə əlaqədar Milli Şuranın sədri və üzvləri, cəbhəçilərlə birlikdə Şəhidlər Xiyabanını ziyarət etməyə gedərkən saxlanılıb. Ziyarətçilər Səbail Rayon Polis İdarəsinə aparılıb. Onlar qanunsuz yürüş keçirməkdə ittiham olunublar.

Saxlanılanların əksəriyyəti buraxılsa da, 11 nəfər, o cümlədən Ə.Kərimli iki gün sonra – noyabrın 19-da Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Üç nəfərə 20 sutka inzibati həbs cəzası verilib, qalanlarına cərimə kəsilib.

Hakim Nurəddin Bağırovun çıxardığı qərara əsasən, Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1 (yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulması) maddəsilə təqsirli bilinib və 2500 manat cərimələnib.

Загрузка...
Загрузка...

Xəbər lenti