Əli Kərimli 2 noyabr mitinqinin keçiriləcəyi yeri açıqladı

Əli Kərimli 2 noyabr mitinqinin keçiriləcəyi yeri açıqladı
Загрузка...
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 2-də keçirmək istədiyi mitinqlə bağlı cavab verib. "Report” saytının məlumatına görə, mitinq üçün Lökbatan qəsəbəsində 28 may küçəsi, "Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında yer ayrılıb. Milli Şura müraciətində metronun "28 May” stansiyasının qarşısı və ya "Məhsul” stadionunu göstərmişdi.
AXCP sədri Əli Kərimli icra hakimiyyətinin cavabına reaksiya verib: "Yenə də Konstitusiyanı pozdular. Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq "Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində - 28 may metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində - 28 may metrosunun ətrafında keçiriləcək. Hökumət mətbuatının təxribatlarına heç kim uymasın. Mitinq istisnasız olaraq dinc keçirilməlidir. Zorakılıq və qanun pozuntusu edənləri hamılıqla çəkib ictimailəşdirin. Xalqımız öz taleyinə sahib çıxmalıdır!".
Oktyabrın 19-da Milli Şuraya mitinq keçirmək üçün eyni yer verilmişdi. Milli Şura buna etiraz əlaməti olaraq metronun "28 May” stansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiya haqqında yaydığı açıqlamada 60 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların çoxu sərbəst buraxılsa da, 11 nəfər inzibati həbs cəzası alıb.
Загрузка...
Загрузка...

Xəbər lenti