Əli İnsanovun köməkçisi saxlanılıb

Əli İnsanovun köməkçisi saxlanılıb
Haqq Ədəlat Partiyasının İdarə heyətinin üzvü,partiya sədrinin köməkcisi Rəşad Abbaslı dünən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Saxlanılan andan onun mobil telefonu söndürülüb.
"İndiyədək Abbaslının harada olması barədə nə ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib. Rəşad Abbaslının valideynləri yaşadığı ərazidəki Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olub. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb,” Haqq Ədalət Partiyasından deyiblər.
Haqq Ədalət Partiyası partiya sədrinin köməkçisinin siyasi məqsədlərlə saxlanıldığını güman edir. Rəsmi qurumlar Rəşad Abbaslının saxlanılması və ya taleyi ilə bağlı hələ məlumat yaymayıb. Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi iradəsinə görə təqib olunmadığını, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.
Haqq Ədəlat Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.

Xəbər lenti