Əli İnsanov: “Rejim intihara hazırlaşır” Əli İnsanov: “Rejim intihara hazırlaşır”

Əli İnsanov: “Rejim intihara hazırlaşır”
Загрузка...
Keçmiş səhiyyə naziri Əli İnsanov bildirib ki, onun təşəbbüsü ilə yeni partiyanın yaradılmasına dair işlər demək olar ki, tamamlanıb.
"Biz görüşləri və müzakirələri demək olar ki, başa çatdırmışıq. Artıq siyasi qurumumuzu təsis etməyə hazırıq və hər an onu elan edə bilərik. Sadəcə, bir problemimiz var. Təşkilatın ofisi, yaxud da qərargahı olmalıdır. Hökumət buna mane olur, imkan vermir. Biz hələlik bir yer kirayələyə, tuta bilmirik", - Ə.İnsanov "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, partiya iqtidara müxalif olacaq və bütün müxalifət təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır. Hakimiyyətin Qərbi Azərbaycandan (Ermənistan) olanların İnsanovun ətrafında cəmləşməsindən ehtiyatlanması barədə fikri şərh edən keçmiş nazir bunu "təibi" hesab edir.
"Bu toplum siyasiləşmiş çox böyük bir toplumdur və Azərbaycanın bütün şəhər və bölgələrində yaşayır. Onların sayı 3 milyondan artıqdır. İlk deportasiyalar, bildiyiniz kimi, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra başlanıb və zaman-zaman çoxsaylı insanlar Ermənistandan Azərbaycana deportasiya olunub. Bu toplum olduqca cəsarətli, mübarizdir. Vaxtilə Azərbaycanda belə bir deyim var idi: "Azərbaycanda Qərbi azərbaycanlıların dəstəyi olmasa heç kəs hakimiyyətə gələ bilməz, gəlsə də qala bilməz". Yəni, iqtidarın bu gün, bu toplumdam ehtiyatlanmasında bir əsas görürəm", - Ə.İnsanov vurğulayıb.
"Ancaq bu, o demək deyil ki, təşkilatımız tək onlardan ibarət olacaq. Yeni partiya Azərbaycanda seçki mühitinin yaradılması, cəmiyyətin demokratik bir cəmiyyətə çevrilməsi üçün mübarizə aparacaq. Biz hakimiyyəti zorla devirməyin qəti əleyhinəyik. Ona görə də konstitusion yolla, Azərbaycan qanunları çərçivəsində azad seçki mühitini yaradaraq seçkilərdə iştirak etməyə hazırıq", - Ə.İnsanov bildirib.
"Azərbaycan bu gün siyasətlə deyil, xəstəhal şıltaqlıqla idarə olunur. Məhz ona görə də problemlərin heç birini həll edə bilmirlər", - Ə.İnsanov qeyd edib. O hesab edir ki, Azərbaycanda "Tarixi inkişaf strategiyası" hazırlanmalıdır. Ölkədə ədalət bərqərar olmalıdır, insan hüquqları təmin olunmalıdır. Onun fikrincə, təhsil pulsuz olmalıdır. Səhiyyədə tibbi sığorta tətbiq olunmalıdır. İnsanlar bahalıq səbəbindən müalicəsiz qalmamalıdır. Əmək haqları və pensiyalar artırılmalıdır. Monopoliya və korrupsiya aradan qaldırılmalıdır. Hakimiyyətin Qarabağ münaqişəsinin həllilə bağlı strategiyası yoxdur və hakimiyyətin münaqişəni həll etməyə cəsarəti çatmır. Paşinyanın "Dağlıq Qarabağ Ermənistanındır" bəyanatı danışıqlar prosesinə nöqtə qoydu. Digər tərəfdən, bu bəyanat torpaqları hərbi yolla həll etməyə bəraət verir.
"Bundan ötrü cəsarət lazımdır", - o vurğulayıb. Daxili siyasi vəziyyətə toxunan Ə.İnsanov deyib: "Şayiələrə görə, İlham Əliyev hakimiyyətdən getmək istəyir. Bu, çox yaxşıdır və güman edirəm ki, hələ bir qədər gecikir. Kim gələcək? Bəlli deyil. Ancaq yeni rəhbəri iki ciddi məsələni həll etməlidir: Qarabağ münaqişəsi və iqtisadi problemlər. Hakim komandanın üzvləri daxildə və xaricdə biznes- imperiyalarlar yaradıblar. Yeni rəhbər bu sistemi dağıtmalıdır. Əgər İlham Əliyev gedərkən növbədənkənar demokratik seçkilər keçirsə, xeyli bəraət qazanmış olar. "Ancaq mən belə qənaətdəyəm ki, bizim Azərbaycanı seçilmədən idarə edən rejim intihara hazırlaşır. Məsləhət bilərdim ki, onlara heç kəs mane olmasın", - Ə.İnsanov qeyd edib.
Onun sözlərinə görə, yeni partiya müxalifət qüvvələrinin məşvərət məclisinin yaradılması təşəbbüsü ilə çıxış edəcək. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılını yenidən bu posta seçilməsi münasibətilə təbrik edib.
Загрузка...
Загрузка...

Xəbər lenti