Əli Həsənovun xanımı Teleradio Şurasından çıxdı

Əli Həsənovun xanımı Teleradio Şurasından çıxdı
Загрузка...
Nuşirəvan Məhərrəmli: ''Sona Vəliyeva prezidentə müraciət edib''
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın bu qurumdan çıxmasını təsdiqləyib. "Turan”-ın məlumatına görə, N.Məhərrəmli deyib ki, S.Vəliyeva bir müddət öncə MTRŞ üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına müraciət edib. "Prezident S. Vəliyevanın istefa ərizəsini qəbul edib. Onun səlahiyyətləri noyabrın 15-dən bitir", - N.Məhərəmli bildirib.
S.Vəliyevanın MTRŞ üzvü təyin edilməsi barədə sərəncam 2013-cü il noyabrın 14-də verilib. O, 6 müddətinə təyin edilmişdi. S. Vəliyeva Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.
Hüquqşünas Ələsgər Əhmədoğlu isə "facebook" hesabında yazıb ki, son günlər BDU rektorunun işdən çıxarılması səbəbləri mediada geniş müzakirə edilir.
"Xüsusilə Xəzər tv-nin efirə getmədiyi halda, Youtube-da yayılan və sonra silinən reportajdan həmən sonra Xəzərin sahiblərindən Sona Vəliyevanın Milli Teleradio Şurası üzvlüyündən istefa xəbərinin yayılması bu aspektdən maraqlıdır. Şura sədrinin yaydığı bu məlumat başqa bir problemi də gündəmə gətirməlidir. Belə ki, Şuranın 9 üzvü olmalıdır. Lakin hazırda cəmi 6 üzv var. Onların da ikisinin müddəti 3 ay sonra başa çatır. Üstəlik, 6 üzvün dördü Şura yarandığı 2003-cü ildən bəri 15 ildir üzvlərdir. Anoloji Şuralarda maksimum iki dəfə üzvlük mümkünkən, bizdə digər sferalarda olduğu kimi təyin edilənlər həmin yerə yapışıb qalır"- hüquqşünas qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti