Əli Həsənovun polkovnik oğlu işdən azad olunur?

Əli Həsənovun polkovnik oğlu işdən azad olunur?
Загрузка...

Hazırda Emin Həsənov rəsmən məzuniyyətə göndərilib

Əli Həsənovun polkovnik oğlu Emin Həsənov rəsmi məzuniyyətə çıxıb.

AzNews.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinə yeni təyin olunan Musa Musayevin gəlişindən sonra idarə daxilində bir sıra kadr dəyişikliyi baş verib. Belə ki, Musa Musayev uzun illər əməliyyat işləri üzrə müavin postunu tutmuş Emin Həsənovla vidalaşmaq qərarına gəlib. Hətta yeni rəis idarədə şəxsi heyyətlə görüşü zamanı Emin Həsənova bu barədə xəbərdarlığını da edib.

Qeyd edək ki, Emin Həsənov artıq rəsmi məzuniyyətə çıxıb. Bunu Binəqədi rayon Polis İdarəsindən rəsmən təsdiqlədilər. Onun ümumiyyətlə polis orqanlarından təqaüdə çıxacağı gözlənilir. Həmçinin Emin Həsənovun Fövqəladə Hallar Nazirliyində yüksək posta gətiriləcəyi xəbərləri də dolaşır.

Xatırladaq ki, Əli Həsənovun nəvəsi Nail Elman oğlu Allahverdiyev ölümlə nəticələnən qəza törətdikdən sonra babası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunub. Bu isə Əli Həsənovun hakimiyyətdə olan dayaqlarının zəifləməsinə gətirib çıxarıb.

Загрузка...
Загрузка...

Xəbər lenti