Əli Həsənovun oğlu “Xəzər TV”dən çıxarıldı

Əli Həsənovun oğlu “Xəzər TV”dən çıxarıldı
Загрузка...
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli "Xəzər TV"də tutduğu vəzifədən azad edilib. Bu iddia ilə Baku.ws saytı çıxış edib. Məlumata görə, telekanal rəhbəri bu gün kollektivlə sağollaşıb.
BakuPost.az saytı isə Şamxal Həsənlinin yerinə artıq yeni təyinatın olduğunu yazıb. İddiaya görə, bu vəzifəyə Xalq artisti, tanınmış şoumen Murad Dadaşov gətirilib. Qeyd edək ki, məsələ ilə bağlı "Qafqazinfo"nun əməkdaşı "Xəzər Tv"nin sözcüsü Aqşin Kamalla əlaqə saxlayıb. O, bu barədə məlumata sahib olmadığını, məsələni dəqiqləşdirmək üçün bir qədər sonra zəng etməyimizi xahiş edib. Lakin kanal rəsmisi daha sonra zənglərə cavab verməyib. Telekanal əməkdaşları isə məsələdən bixəbər olduğunu bildirirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti