Əli Həsənovun həyat yoldaşı şirkəti ilə bağlı həbsxanadan gələn sensasion məktuba cavab verdi

Əli Həsənovun həyat yoldaşı şirkəti ilə bağlı həbsxanadan gələn sensasion məktuba cavab verdi
Загрузка...
"Elit Akademy" şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadənin Criminal.az saytına həbsxanadan göndərdiyi məktuba qarşı tərəfin cavabı özünü çox gözlətmədi. Şirkət rəhbəri məktubunda həbsinə görə prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus şirkəti ittiham edtmişdi. "Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva "Qafqazinfo”ya açıqlamasında həmin ittihamlara cavab verib: "Son zamanlar maraqlı bir tendensiya müşahidə edilməkdədir. Konkret cinayət əməlinə görə mühakimə edilən bəzi şəxslər çıxış yolunu ölkənin nüfuzlu şəxslərinə böhtan atmaqda görür, azadlıqda məşğul olduqları qanunazidd fəaliyyətləri həbsxanada da davam etdirirlər”.
O, rəhbəri olduğu təhsil mərkəzi ilə bağlı mediada gedən informasiyalara belə münasibət bildirib: "Eyni tendensiyaya biz də məruz qalırıq, xüsusən, təsisçisi olduğum Kaspi təhsil şirkəti haqqında müxtəlif vaxtlarda əsassız iddialar dövriyəyə buraxılır, cinayət əməli törədən şəxslər bu və ya digər iddialarla cinayət məsuliyyətindən yayınmaq məqsədilə hakimiyyət nümayəndələrinə və məhkəmələrə bu üsulla təsir etməyə çalışırlar. Bu günlərdə bəzi informasiya vasitələrində indiyə qədər tanımadığım, müəssisəsinin və özünün adını ilk dəfə eşitdiyim, işgüzar müstəvidə heç bir zaman yollarımızın kəsişmədiyi Kərimzadə Rüstəm adlı bir nəfərin mənim və ailəmin haqqında böhtan xarekterli bir sıra iddialarının yer aldığı müraciətin yayımlanması da məhz bu qəbildən olan cəhdlərdən biridir. Əlbəttə, başa düşmək çətin deyil ki, həyat yoldaşım Əli Həsənovun Azərbaycan Prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac vermişdir.
Aydındır ki, mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır. Təəssüf ki, bu cür arzuolunmaz proseslərin genişlənməsində həqiqəti öyrənmədən, reallığı əks etdirməyən, ictimaiyyətə doğru olmayan məlumatlar çatdıran bəzi kütləvi informasiya vasitələrinin "müstəsna” rolu görünməkdədir. Biz hər zaman təmkinli davranmağa, hər böhtan və iftiraya əhəmiyyət verməməyə çalışmışıq. Amma aydın olur ki , təmkinin də bir həddi, sərhəddi olmalıdır. Ona görə də, bu kimi halların davam edəcəyi təqdirdə haqqımda şantaj xarekterli iddialar səsləndirən, ictimai və işgüzar nüfuzuma xələl gətirməyə çalışan şəxs və şəxslər haqqında məhkəmə prosesi başladacağımı bildirmək istəyirəm”.  

Rüstəm Kazımzadə 
Xatırladaq ki, R.Kərimzadə həbsxanadan Criminal.az saytına sensasion məktub yazıb. "Elit Akademy" şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadə göndərdiyi məktubda həbsinin sifarişli olduğunu bəyan edib. Şirkət rəhbəri qeyd edib ki, həbsnin sifarişçisi hökümətin işlərinə nəzarət edən "Kaspi Təhsil Şirkəti"dir. Onun fikrincə, həmin şirkət özlərinə rəqib olmaması üçün polisə bu barədə göstəriş verib. 
 
Загрузка...
Загрузка...

Xəbər lenti