Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxdı

Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxdı
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Ə.Həsənovun oğlu Şamxal Həsənlinin Tbilisidəki biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub.
Sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tbilisinin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.
 Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd (შ.პ.ს. "კასპიის საინსპექციო კომპანია"), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი - Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir.

Xəbər lenti