''Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa...'' ''Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa...''

''Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa...''
Загрузка...
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub.
Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi məlumata görə, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək. İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.
Sözügedən müraciətlə bağlı bu gün Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı açıqlama yayıb. R. Talıblının "Qafqazinfo”ya göndərdiyi cavab məktubunda bildirilir ki, Meydan TV-yə müraciət edən İdris Tekişinin təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir:
"Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. Mütellib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur. Mütellib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş, Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilib və o, reabilitasiya dönəmini başa vurub. Həmin xəstəxananın baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə - müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır. Əlavə olaraq bildiririk ki, videoda "emosional” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoladaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi alıb. Burada sual yaranır. Nə üçün danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mütəllib Tekiş yox, onun qardaşı videogörüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir? Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.
Загрузка...
Загрузка...

Xəbər lenti