Əli Həsənov Türkiyədə xəstəxanadadır

Əli Həsənov Türkiyədə xəstəxanadadır
Загрузка...
 "Aritmiya və ürək çatışmamazlığının səbəbi müəyyən ediləcək”
Prezidentin sabiq köməkçisi Əli Həsənov ürək çatışmamazlığı səbəbindən Türkiyədə xəstəxanadadır. "Publika.az”-a danışan Əli Həsənov Türkiyəyə avqustun 19-da gəldiyini və hazırda xəstəxanada olduğunu deyib:
"Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin edilib-edilməməsinə qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.
O qeyd edib ki, bu gün və sabah anju və testlər ediləcək.
Əli Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və iki dəfə açıq ürək əməliyyatı edilib.
Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. O ötən ilin noyabrında vəzifəsindən azad olunub.

Xəbər lenti