Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi

Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK ləğv olunduğunu elan edib. "Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.
Əli Həsənov şəxsi "facebook" səhifəsində ittihamlara münasibət bildirib.
Qeyd edib ki, Azərbaycanın bütün xəbər saytları "Report” İA-nın hazırladığı və faktiki olaraq heç bir içtimai yükü olmayan, lakin mənim adımı xüsusi qeyd edərək, məlumata sensasiyalı bir yük verdiyi materialı kütləvi şəkildə tirajlamışlar. Əslində, bu materialda Vergilər Nazirliyinin yaydığı adi bir elandan başqa heç nə yoxdur. Nazirliyin öz xətti ilə xidməti məlumat kimi yaydığı həmin elanda söhbət ayrı-ayrı vaxtlarda mənə yaxın şəxslər tərəfindən qeydiyyatdan keçirilmiş və heç bir fəaliyyəti olmayan strukturların, hazırda bağlanması haqqında müraciətindən gedir.

Xəbər lenti