Əli Abbasovun gömrükçü oğlunun Türkiyədə də şirkəti üzə çıxdı Əli Abbasovun gömrükçü oğlunun Türkiyədə də şirkəti üzə çıxdı

Əli Abbasovun gömrükçü oğlunun Türkiyədə də şirkəti üzə çıxdı
Загрузка...
Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Eldar Abbasovun İngiltərədən başqa Türkiyədə də şirkəti var. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Eldar Abbasov keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğludur. İstanbul Ticarət Sicili Müdürlüyünə aid reyestr məlumatına görə lisenziya nömrəsi 754717 olan VELES DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2011-ci il iyunun 21-də Azərbaycan vətəndaşı ELDAR ABBASOV və Türkiyə vətəndaşı ARAZ RƏHİMOĞLUNA satılıb.
Bununla da nizamnamə kapitalı 100 min lirə olan şirkətin əvvəlki təsisçiləri - Rusiya vətəndaşları, Sankt-Peterburqda qeydiyyatda olan JHANNA ASRİEVA və ALEKSEY NOVİKOV ortaqlıqdan ayrılır. 

2012-ci il iyunun 26-da Eldar Abbasov və Araz Rəhimoğlunun ortaq qərarı ilə şirkətin nizamnamə kapitalı 100 min lirədən 1 000 000.00 (1 milyon) lirəyə qaldırılır. Araz Rəhimoğlu 580 min lirə şirkətin 58 faizlik, Eldar Abbasov isə 420 min lirə ilə 42 faizlik hissəsinə sahib olur. Şirkət İstanbul Başakşehir Ziya Gökalp Mh.İkitelli Org. San.Böl.İpkas San.St.1.Bl.N.1 ünvanında hüquqi qeydiyyatdadır. 

Xatırladaq ki, keçmiş nazir oğlu son 3 il ərzində İngiltərədə 4 şirkət (INFIPRO LIMITED, JDE CAPITAL LTD, JDE TRADING LIMITED və BITTOP LIMITED) açıb, onlardan 3-ü bir müddət əvvəl fəaliyyətini dayandırıb. Hazırda fəaliyyətini davam etdirən JDE TRADING LIMITED 2017-ci il iyulun 17-də Eldar Abbasovun həyat yoldaşı Dünya Pirverdinin ("Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyevin qızı) adına rəsmiləşdirilib. 

Yeri gəlmişkən, İNFRO LİMİTED şirkəti ötən ilin sentyabrında qapadılsa da Azərbaycanda nümayəndəliyi hələ də rəsmi fəaliyyətdədir. Nümayəndəliyin qanuni təmsilçisi Bəylərov İlqar Elxan oğlu 2017-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş daha iki şirkətin - "EDELEVEYS"və "BARBAROSSA" MMC-lərin də qanuni təmsilçisidir. Ən maraqlısı isə odur ki, şirkətin Azərbaycan nümayəndəliyi İngiltərədə ana şirkətin qeydiyyatından 6 il əvvəl Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Yəqin ki, Vergilər Nazirliyi bu tapmacaya aydınlıq gətirər.
İNFRO LİMİTED-in Azərbaycan nümayəndəliyinin qeydiyyatda olduğu hüquqi ünvanda oxşar adla daha iki şirkət qeydiyyatdan keçib. Bunlar "İNFİPRO DİSTRİBUTİON" və "İNFİPRO AKADEMİK SERVİSES" məhdud məsuliyyətli cəmiyyətləridir. 




Xəbər lenti