Elektron Təhlükəsizlik Xidməti: "Vətəndaşlara Rusiya nömrələrindən zəng edib saxta çağırışlar edirlər"

 Elektron Təhlükəsizlik Xidməti:
"Vətəndaşlara Rusiya nömrələrindən zəng edib saxta çağırışlar edirlər". Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti bildirib ki, Ermənistan tərəfi Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək "Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir"
. Qurum bunun "təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq" məqsədi daşıdığını açıqlayıb. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "tanımadıqları xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməməyə, həmin nömrələri bloklamağa və şikayət etməyə" çağırıb.

Xəbər lenti