Ələkbərovun yaxtası Barselona limanına yan alıb

Ələkbərovun yaxtası Barselona limanına yan alıb
Загрузка...

"Forbes” jurnalının rus versiyası "Vesselfinder” portalının məlumatları əsasında  rusiyalı milyarder-oliqarxların yaxtalarının hərəkətini izləyib.

Virtualaz.org xəbər verir ki, gəmi-naviqasiya məlumatları əsasında məlum olub ki, milyarder Roman Abramoviçin "Eclipse” yaxtası aprelin 30-da Fransanın Lacivərdi sahillərinə yan alıb.

 

Həmin yerdə, Nittsada digər rusiyalı oliqarx, "Magnit” şəbəkəsinin sahibi Sergey Qalitskinin "Quantum Blue” yaxtası da lövbər salıb.

Milyarder Oleq Deripaskanın "Queen K” adlı yaxtası isə Albaniya sahillərində, Saranda adlı yerdə görünüb. Azərbaycanlı milyarder, "Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun "Galactica Super Nova” adlı yaxtası isə həmin tarixdə İspaniyanın Barselona limanına yan alıb.

"FosAqro” şirkətlər qrupunun sahibi Andrey Quryevin "Alfa Nero” adlı yaxtası isə İspaniyanın Vilanovo şəhərinin sahillərində görünüb. Digər rusiyalı oliqarx Aleksey Mordaşovun "Lady M” adlı yaxtası isə Türkiyənin Datça şəhəri sahillərində lövbər salıb.

Загрузка...
Загрузка...

Xəbər lenti