Eldar Mahmudovun revanşı - həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməkçisi olmuş - əmisi oğlu Vüqar Mahmudovun ən yüngül cəza ilə azadlığa çıxması üçün hərəkətə keçib. "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, sabiq nazir köhnə əlaqələrini işə salaraq Vüqar Mahmudovun nəticə etibarı ilə məhkəmənin mümkün ən yüngül cəzası ilə cəzalandırılmasına çalışır. İddiaya görə, sonrakı mərhələdə isə Vüqar Mahmudovun şərti cəza ilə azadlığa çıxması ssenarisi nəzərdən keçirilir.
Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs edilib. Vüqar Mahmudov ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsini tutub. De-fakto isə nazirin köməkçisi və "qara kassası” funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İlkin olaraq ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. Vüqar Mahmudovun barəsində 2017-ci il noyabrında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan müddət bir neçə dəfə artırılıb. Bu ilin iyununda ona qarşı əlavə ittihamlar irəli sürülüb. Yada salaq ki, "MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri, iş adamı Maqsud Mahmudov "Yeni Müsavat”a açıqlamasında Vüqar Mahmudovu ondan şəxsən 170 min dollar almaqda ittiham edirdi.
V.Mahmudovun adı "Karvansaray” ticarət mərkəzinin payçılarının əlindən alınmasında da keçirdi. Payçılardan biri olmuş Elşən Kərəm "Yeni Müsavat”a bu haqda demişdi:"Karvansaray” ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonradan 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına oyun açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyürdülər, yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan Nizami Quliyev həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim "Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. 2016-cı ilin iyununda dünyasını dəyişdi. Bizə ən böyük pisliyi edən Eldar Mahmudov, onun ətrafı olub".
Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun adı "MTN işi”ndə bir çox epizodlarda hallanırdı. General Elçin Quliyevin məhkəməsində də o ifadə vermişdi. Eldar Mahmudovla qohumluq əlaqələrindən danışarkən isə "Eldar Mahmudov nazirim və əzizim olub” demişdi. Vüqar Mahmudovun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin müddəti 2019-cu ilin fevralında sona çatacaq. Mümkündür ki, həmin müddət bitənə yaxın iş üzrə istintaq yekunlaşacaq və iş məhkəməyə göndəriləcək.
Xəbər lenti
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
-
19:55Maşın oğruları tutuldu
-
19:53“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin izi görünür”
-
19:08Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
-
15:44Azərbaycanın məşhur məmuru Avropada hamam xalatı satdırır
-
15:08Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
-
14:00''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''
-
13:58Bakıda kütləvi maliyyə fırıldağı – “Zərərçəkmişlərin sayı yüzlərlədir”
-
00:38Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı
-
23:23Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü
-
21:02"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
20:54Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
-
20:38Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı
-
20:33Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
20:25Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
20:24Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
20:20Penitensiar Xidmət: Taleh Bağırzadəyə qarşı hüquqazidd hərəkətlərə yol verilməyib
-
18:13Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub
-
18:104 il öncə İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm
-
14:56Putinin kriminal avtoritetlərlə bağlı planları var
-
14:46Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
14:36“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
-
14:29Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu
-
14:14Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
18:4723 yaşlı gənc: Məni ölməyə qoymayın
-
18:44Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
-
15:31Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü
-
15:23Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi
Digər xəbərlər
-
Cinayət
Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
Manşet, Cinayət
Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
Foto, Cinayət
Bakıda silahlı şəxs saxlanıldı
-
Cinayət
Maşın oğruları tutuldu
-
Cinayət
Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
-
Cinayət
Bakıda kütləvi maliyyə fırıldağı – “Zərərçəkmişlərin sayı yüzlərlədir”
-
Manşet, Video, Cinayət
Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
Foto, Video, Cinayət
Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
Cinayət
Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub