Gəncədə dəhşət: soya bilmədikləri oğlanın üzünə kimyəvi maddə tökdülər

Gəncədə dəhşət: soya bilmədikləri oğlanın üzünə kimyəvi maddə tökdülər
Загрузка...

Gəncə sakini, 28 yaşlı Orxan Həsənov gecə saatlarında Yeni Gəncə qəsəbəsində yaşadığı binaya daxil olarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, onlar əvvəlcə Orxandan pul və telefonunu verməyi tələb ediblər. İstəkləri yerinə yetməyincə, naməlum şəxslər Orxana ağacla zərbə vuraraq yerə yıxıblar. Daha sonra isə onu döyərək üzünə kimyəvi maddə töküblər. Zərərçəkən dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Orxan Həsənov bildirib ki, ona 6 nəfər hücum edib. Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Xəbər lenti