Bakıda istirahət mərkəzinin sahibinə məxsus villa qarət olundu - Müəmmalı oğurluq

Bakıda istirahət mərkəzinin sahibinə məxsus villa qarət olundu - Müəmmalı oğurluq
Загрузка...

Bakıda məhşur istirahət mərkəzinin rəhbərinin villası qarət olunub. Criminal.az-a daxil olan məlumata görə, cinayət hadisəsi Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən villada törədilib. 

Hadisədən əvvəl villa satılmağa qoyulub. Müştəri gəlib və villanın sahibinə 30.000 min manat beh verib. Elə həmin gecə ev qarət olunub və həmin pul aparılıb. Hadisə baş verən evin kamera sistemi söndürülüb. Buna görə də, cinayət anı video müşahidə kameralarına düşməyib.

Criminal.az-a verilən məlumata görə, oğurluq edilən villa Nabranda yerləşən istirahət mərkəzlərindən birinin sahibinə məxsus olub. 

Criminal.az 

Xəbər lenti