Rusiya gömrüyü: “Eynulla Fətullayevin 190 qram narkotik gətirmək istəməsi haqda məlumat almışdıq"

Rusiya gömrüyü: “Eynulla Fətullayevin 190 qram narkotik gətirmək istəməsi haqda məlumat almışdıq
Загрузка...

Criminal.az məlumat verir ki, Rusiya Prezident Administrasiyasının əməkdaşları azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevdən Moskva aeroportunda saxlanılaraq gömrükçülər tərəfindən əsassız yoxlamalara məruz qalmasından dolayı üzr istəyiblər. Onlar bunu Moskvadakı erməni lobbisinin təxribatı ilə izah ediblər. Bu barədə virtualaz.org saytına E.Fətullayev özü məlumat verib.    

Jurnalist deyib ki, o isə Rusiya tərəfinin bu üzrxahlığını qəbul etməyib. “Moskva bəyəm Ermənistanın paytaxtıdır?” -  deyə E.Fətullayev Rusiya Prezident Administrasiyasının əməkdaşlarına sual edib. E.Fətullayev onu da əlavə edib ki, gecəni Moskva aeroportunun gözləmə zalında, oturacaqların üstündə keçirəcək və oktyabrın 21-də səhər Bakıya qayıdacaq. Moskva aeroportu Gömrük İdarəsinin əməkdaşları isə bu qanunsuz əməllərinə qəribə izah veriblər. Onların sözlərinə görə, E.Fətullayevin özü ilə Rusiyaya 190 qram narkotik gətirməyə çalışmasına dair məktub alıblarmış.   

Criminal.az

Xəbər lenti