Eldar Mahmudovun əmisi oğlunun işi: Bir fotoya görə məndən 10 min 500 dollar pul aldılar

Eldar Mahmudovun əmisi oğlunun işi: Bir fotoya görə məndən 10 min 500 dollar pul aldılar
Загрузка...
 "Məni Rövşən Lənkəranskinin dəstəsinin üzvü olmaqda ittiham ediblər”
Sentyabrın 24-də Bakı Hərbi Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun mühakiməsi davam edib. V.Mahmudov rəsmi sənədlərə görə, MTN-də Antiterror Mərkəzində şöbə rəisinin müavini olsa da, əslində, əmisi oğlunun - nazirin köməkçisi kimi fəaliyyət göstərib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Tural İsgəndərli zərərçəkmiş qismində ifadə verib.
O bildirib ki, "Facebook"dakı profilində yaydığı fotoya görə MTN-nin Xəzər Rayon İdarəsinin rəisi olmuş Rafiq Səfərov ondan 10 min 500 dollar pul alıb. Onun sözlərinə görə, sözügedən fotoda o, "Niva" markalı maşının yanında, əlində avtomatla dayanıb.
T.İsgəndərli bildirib ki, onu idarədə hədələyib, bu cür şəkillərin ölkədə xaos yaratdığını deyiblər, əslən Lənkərandan olmasına görə Rövşən Lənkəranskinin dəstəsinin üzvü olmaqda ittiham ediblər.
Zərərçəkmişin sözlərinə görə, idarədə onun qarşısına narkotik və silah qoyub, həbs olunmaması üçün 20 min manat pul tələb ediblər. Amma danışıqlardan sonra məbləğ azaldılıb və axırda 10 min 500 dollar verib canını qurtarıb. O, ifadəsinin sonunda təqsirləndirilən V.Mahmudovu tanımadığını, pulu verdiyi R.Səfərovun cəzalandırılmasını istədiyini bildirib.
İş materiallarına əsasən, V.Mahmudovla bağlı araşdırmalar zamanı onunla R.Səfərov arasındakı yazışmadan məlum olub ki, bu zərərçəkəndən alınan puldan nazirin köməkçisinə də çatıb. V.Mahmudovun məhkəməsi oktyabrın 7-nə qədər təxirə salınıb.
Polkovnik-leytenant V.Mahmudov 2017-ci ildə noyabr ayının əvvəlində həbs edilib. O, mənimsəmə, hədə-qorxu ilə tələbetmə, hakimiyyətdən sui-istifadə və s. əməllərdə ittiham olunur.
Загрузка...
Загрузка...

Xəbər lenti