Eldar Mahmudovun əmisi oğlu azadlığa çıxdı Eldar Mahmudovun əmisi oğlu azadlığa çıxdı

Eldar Mahmudovun əmisi oğlu azadlığa çıxdı
Загрузка...
Bu gün keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov azadlığa çıxıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Onun 2 il həbsdə qalması nəzərə alaraq, məhkəmə zalından azadlığa buraxılıb. Zərərçəkmişlərə dəyən ziyanın ödənilməsi üçün V.Mahmudovun əmlakı müsadirə olunub.

V.Mahmudova hədə-qorxu ilə tələb etmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə bəraət verilib.
Vəzifə saxtakarlığı ittihamı üzər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin olunmayıb. Mənimsəmə, hakimiyyətdən sui-istifadə etmə və hakimiyyət həddini aşma maddələri üzrə isə sanskiyanın ən aşağı həddindən də aşağı cəza təyin edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti