Sosial şəbəkədəki mübahisə məktəbdə kütləvi davaya səbəb oldu

Sosial şəbəkədəki mübahisə məktəbdə kütləvi davaya səbəb oldu
Загрузка...

Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin birində şagirdlər arasında baş vermiş dava ilə bağlı daxili araşdırmanın nəticəsini açıqlayıb.  Criminal.az xəbər verir ki, milli.az-ın Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı rəsmi sorğuya 3 həftədən sonra verilən cavaba görə, 160 nömrəli Klassik Gimnaziyada şagirdlər arasında baş vermiş dava-dalaş sosial şəbəkədə yaranmış mübahisədən sonra baş verib:

 "Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyada "10 b" sinif şagirdləri Əfəndi Şərif Elxan oğlu ilə Qasımov Fərhad İlham oğlu arasında baş verən mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılmışdır. Məlum olmuşdur ki, şagirdlər arasında mübahisə sosial şəbəkədə sinif şagirdləri tərəfindən yaradılan qrupda yaranmışdır. Mübahisənin səbəbləri öyrənildikdən sonra hər iki şagirdlə danışılmış və onlar aralarındakı mübahisəyə son qoyaraq barışmışlar. Hal-hazırda şagirdlərin ikisi də məktəbə gedərək dərslərinə davam edir". 

Qeyd edək ki, report-un məlumatına görə, Səbail Rayonu Polis İdarəsindən bildirilib ki, oktyabrın 15-də Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb. 

 Gimnaziyanın direktoru Fainə Ələkbərova belə bir faktın baş verdiyini təsdiq etsə də, yalnız məsələ ilə bağlı araşdırma bitəndən sonra nəticələri barədə məlumat veriləcəyini demişdi.

Criminal.az

Xəbər lenti