Bakıda vahimə yaradan qadın həbs edildi

Bakıda vahimə yaradan qadın həbs edildi
Загрузка...

 Bakıda polisin saxladığı qadının xeyli cinayəti üzə çıxıb. Criminal.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Viktoriya İlinişna Kotleyardan 0,364 qram heroin aşkar edilib. 

Müəyyən edilib ki, o, yanvarın 12-də Zərdabi küçəsində yerləşən ticarət mərkəzində Gülxar Nuhbalıyevanın içərisində 100 ABŞ dolları, bankomat kartı və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, martın 6-da Moskva prospektində Surxay Quluzadənin cibindən 200 manat, sentyabrın 10-da A.Şərifzadə küçəsində yerləşən mağazada Güləndam Həsənovaya məxsus içərisində 500 manat, iki ədəd mobil telefon, açar və şəxsiyyət vəsiqəsi olan əl çantasını oğurlayıb.

Criminal.az

Xəbər lenti