Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…

17 Dekabr 2021, 22:57
17 Dekabr
2021
22:57
1594
Ötən gün dekabrın 16-da Bakıdakı "İndigo” mətbəəsində 28 yaşlı gənc işçi faciəli şəkildə həlak olub. Əvvəllər NİDA vətəndaş cəmiyyəti hərəkatının fəallarından olan, daha sonra Vətəndaş Həmrəyliyi Partiyasına üzv yazılan Xəyyam Təhməzov Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş.
O, iş zamanı qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Və hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bu faciəli ölüm hadisəsinin baş verdiyi mətbəə "İndigo” MMC adlı şirkətə məxsusdur, həmin şirkət isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova və onun hazırda ləğv edilmiş nazirliyində hərbi əks-kəşfiyyat idarəsinin rəisi olmuş general Nizami Şirinova məxsusdur.
virtualaz.org dəqiqləşdirib ki, mətbəənin üç payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal” MMC-dir. Babayev nəşriyyatın təchizat məsələləri ilə məşğuldur.

Mənbəmiz bildirir ki, Cavid Babayevlə Tariel Salahov arasında münaqişə var, amma buna baxmayaraq Cavid təsisçi kimi qalıb. T.Salahov gəncliyində quldurluğa görə məhkum edilib, o Maliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşı Xaqani Rzayevin mənzilindən quldurluq yolu ilə oğurluq həyata keçiribmiş.
Nəhayət mətbəədə üçüncü payçı Nizami Şirinovdur, o əvvəllər "Halal” MMC-də işləyib, daha sonra "İndigo” mətbəəsini yaradıb. Bəs hərbi əks-kəşfiyyat hara, mətbəə işi hara? Doğrudanmı general Nizami Şirinov ötən əsrin əvvəllərində Bakıda "Nina” adlı gizli mətbəəni yaradan bolşeviklərin yolunu davam etdirirdi və həmin mətbəədə Eldar Mahmudov üçün "İskra” qəzetini nəşr edirdi?
Oxşarlıq ola bilər, amma indiki halda nə Nizami Şirinov alovlu bolşevikdir, nə də onun "şefi” Eldar Mahmudov bolşevik inqilabı üçün gizli təbliğat aparan leninçidir. Onların hər ikisini ancaq bir ideologiya birləşdirə bilərdi-quldurluq və talançılıq, hədə-qorxu və şantaj yolu ilə varlanmaq! Və Şirinov öz mətbəəsində "İskra” qəzeti yox, Eldar Mahmudovun atasını vəsf edən kitab nəşri ilə məşğul olub.

Məsələ bundadır ki, Nizami Şirinov ötən əsrin 90-cı illərində mövcud olmuş, eynilə MTN kimi başdan ayağa çirkaba bulaşaraq iflasa uğramış xüsusi xidmət strukturunda, prezident yanında Xüsusi İdarədə işləyirdi. 1997-ci ildə həmin idarənin rəisi, general Elman Qəmbərov Nizami Şirinovu xidmətdə yol verdiyi çoxsaylı qüsurlara görə işdən azad edib. Və Şirinov 2001-ci ildən öz həmkarı, sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan DİN İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi Eldar Mahmudovun "krışası” altında "İndigo” mətbəəsini yaradıb.
E.Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin olunan kimi Nizami Şirinovu da özüylə aparıb, hərbi əks-kəşfiyyat idarəsinin rəisi təyin edib. Bu vəzifədə Nizami Şirinovun hansı əməllərlə məşğul olduğu, xarici ölkə casusları ilə mübarizə əvəzində qoyun-quzu, inşaat biznesi və digər murdar əməllərlə məşğul olduğu haqda daha əvvəl istintaq materiallarına əsasən geniş yazmışdıq. (Hazırda N.Şirinovun onun rəhbəri olduğu idarənin daha bir neçə əməkdaşının qapalı məhkəmə prosesi keçirilir,-red.)
"İndigo” mətbəəsinin Eldar Mahmudova bağlılığı haqda Böyük Britaniya mətbuatında keçmiş MTN rəhbərinin Avropadakı ailə biznes imperiyası haqda araşdırmasında da qeyd olunurdu.

Belə ki, Mahmudov ailəsi nəhəng sərvətin mənbəyi kimi 20-ci əsrin əvvəllərində Bakıda yaşamış milyonçu Aslan Aşurovu təqdim etməyə çalışmışdı, onu "babaları” kimi təqdim etmişdi. Amma araşdırmada qeyd olunurdu ki, E.Mahmudovun atası, sovet dövrü akademiki Əhməd Mahmudov Bakıda milyonçu ailəsində yox, Şərurda sadə kəndli ailəsində anadan olub. Çünki bu haqda Əhməd Mahmudovdan bəhs edən və həmin "İndigo” mətbəəsində nəşr edilmiş, dəbdəbəli təqdimatında Eldar Mahmudovun iştirak etdiyi kitabda bəhs olunurdu…
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Dosye
“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük “içəri getdi”...
-
Manşet, Dosye
“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
-
Manşet, Dosye
Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
-
Manşet, Dosye
Ərdoğan həbsdəykən Heydər Əliyevin təlimatı ilə ziyarətinə gedən baş prokuror kimdi?
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?