Eldar Həsənovun yaxını hesab edilən Bəhruz Əsədbəyli də həbs olunub

24 Sentyabr 2020, 02:48
24 Sentyabr
2020
02:48
790
O, mənimsəmədə, rüşvət almaqda və vəzifə səlahiyyətlərini açmaqda ittiham olunur
Ruminiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbər şəxslərindən biri, Türkiyə və başqa ölkələrdə bizneslə məşğul olan Bəhruz Əsədbəyli həbs olunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, B.Əsədbəyli sentyabrın 19-da saxlanılıb. Sentyabrın 20-də isə Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib.
B.Əsədbəyliyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittihamlar irəli sürülüb. Onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində gedir.
İndiyədək mediada yayılan məlumatlarda B.Əsədbəylinin hazırda həbsdə olan keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovun biznes ortağı olduğu bildirilirdi. İddia olunurdu ki, keçmiş səfirin Türkiyədə şərab zavodlarını, həmçinin Balkanlardakı biznesini idarə edən əsas şəxslərdın biri B.Əsədbəylidir.
Nəsimi Rayon Məhkəməsindəki mənbə də onun barəsində həbs qərarı çıxarıldığını təsdiqləyib:
"Hakim Natəvan Tağıyeva prokurorluğun təqdimatını təmin edərək, onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb”.
E.Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan, Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi üzrə məsuliyyətə cəlb olunsa da, sonradan onun işi ayrılaraq, prokurorluğa verildi. Hazırda E.Həsənov haqqında cinayət işi də Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır.
B.Əsədbəylinin həbsinin E.Həsənovun işi ilə əlaqəli olması da istisna edilmir.
E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə işləyib.
Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.
E.Həsənovun həbsindən sonra Prezident İlham Əliyev onun səfir vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
E.Həsənov özünü təqsirli bilmir.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Korrupsiya
"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
Manşet, Korrupsiya
Vüqar Səfərli həbs edildi
-
Manşet, Korrupsiya
Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
Manşet, Korrupsiya
Eldar Həsənovun həbsində hansı siyasi motivlər olub? - EKSPERTLƏR DANIŞIR
-
Manşet, Korrupsiya
Bakıda məşhur polis rəisinin atası həbs edildi - ŞOK CİNAYƏT
-
Manşet, Korrupsiya
Tutulan icra başçısı səfirin çox yaxın qohumu imiş
-
Manşet, Korrupsiya
Cəlilabadın keçmiş icra başçısı barəsində həbs-qətimkan tədbiri seçildi
-
Manşet, Korrupsiya
DTX-ya aparılan icra başçısı Zakir Fərəcovun qohumudur
-
Manşet, Korrupsiya
Prezident Namiq Zeynalovu işdən çıxardı