Eldar Həsənovun istəyi təmin olundu

25 Avqust 2020, 12:02
25 Avqust
2020
12:02
1081
İş DTX-dan prokurorluğa göndərildi
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənov Xarici İşlər Nazirliyindəki (XİN) əməliyyatla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunsa da, artıq onun haqqındakı iş ayrılıb. Bu barədə E.Həsənovun vəkili Adil İsmayılov məlumat verib.
XİN-dəki əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirib. Həmin əməliyyat nəticəsində həbs olunanların işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılır. E.Həsənovun barəsindəki cinayət işi ayrılaraq, istintaq davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu qərar sabiq səfirin vəkilinin vəsatəti əsasında verilib.
Vəkilin sözlərinə görə, bu qərar E.Həsənovun ümidini də artırıb.
"Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq, obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Bir daha qeyd edim ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir. Vəsatətin təmin edilməsi onun ümidini artırıb”, - deyə A.İsmayılov bildirib.
Avqustun 13-də yeni Xarici işlər naziri ilə əvvəlcədən planlaşdırılmış görüş üçün nazirliyə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılan E.Həsənov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunur. Vəkili deyir ki, E.Həsənov özünü təqsirli bilmir, istintaqda ifadə verməkdən də imtina edib: "İttihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir”.
Avqustun 14-də Səbail Rayon Məhkəməsinin qərarıyla E.Həsənov haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib.
E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.
E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cinayət
Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia
-
Manşet, Cinayət
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
-
Manşet, Cinayət
DTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
-
Manşet, Cinayət
Ermənilərin “Su-25”i vuruldu
-
Manşet, Cinayət
“Cəzasını almasının vaxtı uzaqda deyil”
-
Manşet, Cinayət
Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı
-
Manşet, Cinayət
DTX: Azərbaycanın böyük şəhərlərində terror aktı keçirmək niyyətindədirlər
-
Manşet, Cinayət
Kamil Zeynallı həbs edildi
-
Manşet, Cinayət
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə