Eldar Həsənovun işində iki dövlət orqanı zərərçəkmiş kimi tanınıb

18 Avqust 2021, 18:58
18 Avqust
2021
18:58
1877
Keçmiş Baş prokurorun işinə Yunis Səfərov haqqında ömürlük həbs hökmü çıxarmış hakim baxacaq
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq. Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, Eldar Həsənovun işi məhkəmənin sədr müavini Əfqan Hacıyevin icraatına verilib. Keçmiş səfir haqqında cinayət işinə onun sədrliyilə, həmçinin Əhməd Quliyev və Zeynal Ağayevdən ibarət hakimlər kollegiyası baxacaq.
Eldar Həsənovun işi üzrə iki dövlət strukturu zərərçəkmiş qismində tanınıb. Bunlar Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyidir. Məhkəmədə bu qurumların da nümayəndələri təmsil olunacaq.
Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Eldar Həsənov özünü təqsirli bilmir, bu ittihamları qəbul etmir. Keçmiş səfir iki gün əvvəl vəkili vasitəsilə yaydığı açıqlamada bildirmişdi ki, həbsinin əsl səbəbi onun siyasi iddiada olması, müxalifətlə əlaqələri, əməkdaşlığı və s. haqda ölkə rəhbərliyinə yalan məlumatların ötürülməsi olub: "Həbsimin əsl səbəbi qətiyyən prokurorluğun məlumatında göstərilənlər deyil.
Həbsimin həqiqi səbəbi guya mənim siyasi iddiada olmağım, siyasi müxalifətlə əlaqə və əməkdaşlığım, hakimiyyət əleyhinə tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ölkə rəhbərliyinə ötürülməsi olub”.
Eldar Həsənovun sözlərinə görə, məqsədyönlü şəkildə onun haqqında yalan məlumatları hazırlayıb aidiyyəti üzrə ötürənlərin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlayanların kimliyi, təşkilatçılar ona məlumdur. Onlar iki nəfərdir və zərurət yarananda həmin şəxslərin adlarını açıqlayacaq.
Keçmiş səfir istintaqda etiraz olaraq, ifadə verməkdən imtina edib. Lakin o, məhkəmədə danışmaq niyyətində olduğunu bildirib.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra – 2001-ci ildə Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda olarkən – Xarici İşlər Nazirliyinə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Eldar Həsənovun işi üzrə məhkəmə prosesinə sədrlik edəcək Əfqan Hacıyev iki gün öncə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova ömürlük, onunla birlikdə mühakimə olunan daha 9 nəfərə isə 18-20 il həbs cəzası verilməsi haqda hökm çıxarmışdı. Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslər icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadıqlarını bildirirdilər.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cinayət
Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
Manşet, Cinayət
Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
Manşet, Cinayət
“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
Manşet, Cinayət
DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
Manşet, Cinayət, Oğru dünyası
“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
Manşet, Cinayət
Reportyor Əvəz Hafizli qətlə yetirildi
-
Manşet, Cinayət
Müğənni Manaf Ağayev saxlanıldı
-
Manşet, Cinayət
Ramiz Mehdiyevin köməkçisi saxlanıldı
-
Manşet, Cinayət
Müdafiə Nazirliyində iri maliyyə dələduzluğu: dövlətin milyonları mənimsənilib