"Eldar Əhmədov öz aləmində məni geri çəkilməyə, qorxmağa məcbur etməyə çalışır"

Загрузка...
"Keçən aa Baş Prokurorlğunun Ağır cinayətlərə dair istintaq idarəsinin rəisi Eldar Əhmədovun qanunsuz hərəkətindən, yəni hər ölkəyə giriş-çıxış zamanı sərhəd keçmə məlumat sisteminə barəmdə qanunsuz yoxlama, bəyannamə yazma qeydi qoymasından bununla da vəzifəsindən sui istifadə etməsinə görə ölkə rəhbərliyinə şikayət etmişəm. Bu ağıllı da məni öz aləmində qorxutmaq üçün Gəncə işində yeni sual fikirləşib, müstəntiq Orxan Hacıyevin vasitəsilə təqsirləndirilən şəxslərə "Vəkil Elçin Sadıqovu tanıyırsınızmı, müsbət halda onu haradan tanımağınız və münasibətləriniz barədə nə deyə bilərsiniz” sualını verdirir. Onlar da, ancaq mətbuatdan və məhkəmələrdən tanıdıqlarını, heç bir münasibətlərinim olmadığını deyirlər". Criminal.az xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov "facebook" statusunda yazıb.
Vəkil qeyd edib ki, bu sual həm də istintaqı uzatmaq üçün bəhanə ola bilər: "Deyərlər ki, bəs biz araşdırma aparırıq. Suallarımız bitəndə yeni suallar icad edirik. Bununla Eldar Əhmədov öz aləmində məni geri çəkilməyə, qormağa məcbur etməyə çalışır. Bu bir daha onu sübut edir ki, Eldar Əhmədov öz vəzifəsini şəxsi maraqları üçün istifadə edir və adını da dövlət işi qoyur".   
Müstəntiq Orxan Hacıyev Criminal.az saytına bildirdi ki, vəkilin iddiaları ilə bağlı heç nə deyə bilməz: "Siz nəyi öyrənmək istəyirsiniz. Mən sizə məlunat verə bilmərəm axı. Mən istintaqçıyam. Məlumat öyrənmək istəyirsinizsə, baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayın".

Загрузка...
Загрузка...

Xəbər lenti