Həmkarının qələmini qırmaq istəyən vəkil ölüb

Həmkarının qələmini qırmaq istəyən vəkil ölüb
Загрузка...
Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qədir oğlu Qasımov bu gün vəfat edib. E-huquq.az-ın xəbərinə görə, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlamış, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib.
Criminal.az xəbər verir ki, S.Qasımov tanınmış vəkil Elçin Sadıqovun bitirilməsi işində yaxından iştirak edib. E.Sadıqov bu haqda status paylaşıb. Həmin statusdan sitat:
"Bayaq Vəkilər Kollegiyasının üzvləri qrupunda bu xəbərlə bağlı koment yazmışdım, sildilər. O zaman vətəndaş kimi münasibət bildirim. Sərdar Qasımov Yunis Səfərovun işi üzrə prokurorluq məni dinləyib, utanmazcasına məndən VK-nə şikayət edəndə intizam icraatını Sərdar Qasımov aparırdı. barəmdə intizam icraatını aparana qədər heç tanımamışam və ümumiyyətlə adını eşitməmişəm (sən demə tanınmış imiş).
Hər dəfə görüşəndə "mən də bilirəm ki, sizi dinləyiblər, üstəlik məsləhətə görə vəkil məsuliyyətə cəlb edilə bilməz" deyirdi, amma sonda onu da əlavə edirdi ki, mən kiməm nə desələr elə də yazmağa məcburam deyərək gileylənirdi.
Sonda sifarişlə mənim barəmdə, heç bir əsaslandırma etmədən mənfi rəy yazdı ki, mən vəkillik etikasını pozmuşam. Azərbaycanda vəkilliyin nüfuzunu qaldıran, dönməz, savadlı, əzmkar vəkilləri xalq tanıyır. Günümüzün tarixini də yazanlar var, yəqin. Bir zəhmət yazın ki, Sərdar Qasımov Elçin Sadıqov barədə mənfi rəy yazmışdı. Sonuna da "dağıl ay dünya" sözünü əlavə etsin. Koment yazanlardan alçaldıcı ifadələr yazmamalarını xahiş edirəm". 
Загрузка...
Загрузка...

Xəbər lenti