Elçin Sadıqov yenə kollegiyaya çağırıldı: "Fərdi vəkilliyi ləğv etməyə çalışırlar"

Elçin Sadıqov yenə kollegiyaya çağırıldı:
Загрузка...
Vəkil Elçin Sadıqov bu gün yenidən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına çağrılıb. Vəkil "facebook" profilində VK-ya çağırılmasının səbəbini yazıb:
"Əvvəl bildirildi ki, siz Göygöl rayonunda qeydiyyata olmağınıza baxmayaraq Bakı şəhərində fəaliyyət göstərirsiniz. Bildirdim ki, mənim Göygöl rayonunda ofisim var, daimi fəaliyyət göstərir və apardığım işlərin yarıdan çoxu Göygöl və ətraf rayonların sakinlərinin işləridir. Bundan başqa qanunla bu qadağan olunmayıb. Həmçinin büroda fəaliyyət göstərməli olan vəkillərin əksəriyyəti büroda fəaliyyət göstərmir. Ona görə ki. bürəlarda oturmağa, sənədləri saxlamağa, konfidensial ünsiyyət qurmağa texniki imkanlar yoxdur. Eyni zamanda bütün dünyada vəkillərin əksəriyyəti fərdi fəaliyyət göstərirlər. Büroda birləşən vəkillərin sayı çox azdır.
Sonra bildirdilər ki, 2018-ci ilədək 2 faizlik sığorta fonduna ödənilməli pulu ödəməmisiniz. Bu iradı qəbul etdim, düzdür bu da intizam icraatının başlanılması üçün əsas olmasa da, artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq hamısnı hesablayıb VK-ə ödəyəcəyimi bildirdim. Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında AR Qanununun 5-ci maddəsinin V hissəsinə əsasən Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər.
Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir. Lakin, mənim razılığım olmadan qanunsuz olaraq 01 sentyabr 2019-cu il tarixdən keçmiş 01 saylı hüquq məsləhətxanasına, hazırkı Mərkəz Hüquq Bürosuna keçiriləcəyimi bildirdilər.
Bunu onunla əsaslandırmağa çalışdılar ki, fərdi vəkilliyi ləğv etməyə çalışırlar. 01 sentyabr 2019-cu il tarixdən qeyri iş vaxtlarında, qeyri iş günlərində müqavilə bağlaya bilməyəcəm, əhaliyə pulsuz hüquqi yardım göstərə bilməyəcəm. Onlar ən azı vəkil bürosunun müəyyən etdiyi minimal məbləğləri ödəməlidirlər ki, bu da müdafiə etdiyim aztəminatlı şəxslərin müdafiəsiz qalmasına səbəb olacaq. Həmçinin 10 iyul 2019-cu il tarixdə başlanılmış intizam icraatına xitam verdilər".

Загрузка...
Загрузка...

Xəbər lenti