Neftçala sakini həmyerlisini bıçaqdan keçirdi

Neftçala sakini həmyerlisini bıçaqdan keçirdi
Загрузка...

Döş qəfəsindən 3 bıçaq zərbəsi alan yaralının vəziyyətinin ağır olduğu bildirilir

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Criminal.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaçaqkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Fərrux Allahverdi oğlu Səmədov mübahisə zəminində həmkəndlisi Səbuhi adlı şəxs tərəfindən döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. Yaralı yaxınları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılan Fərrux Səmədov əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Criminal.az

Xəbər lenti