Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı

Əl-Bağdadi üzə çıxdı, 5 ildən sonra ilk dəfə videosu yayıldı
Загрузка...

"İslam Dövləti” (İŞİD) terror təşkilatının kütləvi informasiya vasitəsi hesab olunan "Al-Furqan Media” qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadinin göründüyü video paylaşıb. Virtualaz.org xəbər verir ki, bu barədə internetdə cihadçıların xəbərlərini izləyən "SITE Intelligence Group” özünün "Twitter” hesabında bildirib.

"SITE Intelligence Group”un direktoru Rita Kats iddia edir ki, bu, 2014-cü ilin iyul ayından sonra Əl-Bağdadinin üzə çıxdığı ilk kadrlardır. O vaxt qruplaşmanın lideri İraqın Mosul şəhərindəki çıxışında İŞİD-i ümumdünya xəlifəti elan etmişdi.

Kats onu da bildirir ki, yeni videoda Əl-Bağdadi sakit şəraitdə üzləri görünməyən adamlarla "xaçpərəstlərə” qarşı müharibə və Suriyanın Deyr-əz-Zor vilayətinin Baquz şəhərində hərbi əməliyyatlar barədə söhbət edir. Xatırladaq ki, ABŞ hələ martın sonunda bu şəhərin İŞİD-dən azad edildiyini bəyan etmişdi. Qeyd olunur ki, bununla da İŞİD söhbətin bu günlərdə yazıldığına işarə edir.

Bundan əlavə, kadrlarda görünür ki, Əl-Bağdadinin saqqalı artıq kürəndir. Bununla da, İraqda dərc olunan "Al-Araby al-Jadeed” qəzetinin İŞİD liderinin imicini dəyişdirməsi barədə yaydığı xəbər öz təsdiqini tapır.

Son illər ərzində Əl-Bağdadinin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılıb. Lakin bu xəbərlər sonradan heç vaxt təsdiqlənməyib.

 
Загрузка...
Загрузка...

Xəbər lenti