Ekspertlərin yeni baş nazir təyinatı haqqında şərhləri

Ekspertlərin yeni baş nazir təyinatı haqqında şərhləri
Загрузка...
 "Azərbaycanın dövlət quruculuğu və reallıqları elə vəziyyətdədir ki, baş nazir vəzifəsini tutan insanın şəxsiyyətinin heç bir əhəmiyyəti yoxdur. Xüsusən, baş nazirlərin bu üsulla dəyişdirilməsi bu vəzifənin nüfuzunu azaldır. Buna görə baş nazir dəyişikliyini əhəmiyyətsiz hadisə kimi qiymətləndirirəm", deyə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Əli Əsədovun ölkənin baş naziri təyin edilməsini şərh edərkən bildirib.
O, yeni baş nazirin ölkədə islahatlara təsir edə bilib-bilməyəcəyi ilə bağlı suala inkaredici cavab verib. Onun fikrincə, Əsədov heç bir yenilik gətirə bilməz. "Hakim komandada islahatçı ideyalara malik insanlar yoxdur, varsa da, onlar ictimaiyyətə məlum deyil. Orada qərarları bir nəfər qəbul edir, buna görə məmurların vəzifə dəyişiklikləri heç nəyi dəyişdirmir", deyə Qəmbər Turan agentliyinə bildirib.
Müsavat Partiyasının başqanı Arif Hacılı da baş nazir dəyişikliyinə şübhəli yanaşıb. Onun sözlərinə görə, funksional olaraq baş nazir hakimiyyət iyerarxiyasında mühüm rol oynamır. "Azərbaycanda faktiki olaraq hökumət başçısı baş nazir deyil, prezidentdir. Hakimiyyətdə bütün iyerarxiya son nəticə olaraq prezidentə tabedir. Bundan başqa, baş nazirin səlahiyyətlərinə aid olan səlahiyyətləri həyat keçirən birinci vitse-prezident vəzifəsi təsis edilib", deyə Hacılı bildirib.
Parlamentin iqtisadi siyasət komitəsinin üzvü vahid Əhmədov Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır. "Qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirməyi, Hesablama Palatasının dövlət büdcəsi layihəsi ilə bağlı çox böyük - 100 səhifəlik iradlarını nəzərə almağı xahiş edirəm", deyə Əhmədov parlamentdə bugünki müzakirələrdə bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti