Ekspertin MiQ-29 qəzaya uğramasının səbəbləri haqqında şərhi

Ekspertin MiQ-29 qəzaya uğramasının səbəbləri haqqında şərhi
Загрузка...
Hərbi mütəxəssislər iyulun 24-də Azərbaycan HHQ-nin MiQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında Müdafiə Nazirliyinin rəsmi versiyasını şübhə altına qoyurlar. Nazirliyin versiyasına görə, təyyarə quş və ya quş dəstəsi ilə toqquşub. Nəticədə, pilot xəsarət alıb, idarəetmənin öhdəsindən gələ bilməyib və təyyarə dənizə düşüb. Hərbi aviasiya sahəsində ekspertin anonimlik şərti ilə Turan-a verdiyi açıqlamaya görə, quşlar yalnız təyyarənin mühərrikinə düşdükdə, mühərrikə zərər verə bilər.
Digər hərbi mənbələr qeyd edirlər ki, kabinin zədələnməsi və hermetikliyin pozulması halları olub. Amma bu, təyyarənin və pilotun dərhal ölümünə səbəb olmayıb. Digər tərəfdən, bort qeydiyyatçısı yalnız danışıqları və uçuşun texniki parametrlərini qeydə alır və buna görə təyyarənin toqquşması haqqında məlumat ehtiva edə bilməzdi. Toqquşma zamanı pilotun hər zaman dərhal yerlə əlaqə saxlamaq imkanı olur, çünki pilotun işarə barmağı həmişə rabitə düyməsinin üstündə olur. Təyyarə güclü şəkildə toqquşduqda avtomatik olaraq katapulta işə düşür. Amma bu, baş verməyib. Qəzanın səbəbini dəqiq müəyyən etmək üçün təyyarənin toqquşma anında hansı yüksəklikdə olduğunu bilmək lazımdır.
Alternativ qəza versiyalarından biri aşağı yüksəklikdə uğursuz manevrdir. Amma təyyarələr aşağı yüksəklikdə manevr zamanı təhlükə haqqında xəbərdarlıq sistemi ilə təchiz edilib. Ola bilər ki, qırıcı təyyarədə bu sistem nasaz vəziyyətdə olub. Ola bilər ki, pilotun aşağı yüksəklikdə vəziyyəti düzəltmək üçün vaxtı olmayıb və təyyarə şaquli şəkildə dənizə düşüb. Təyyarə üfiqi vəziyyətdə düşsəydi suya dəydikdə katapulta avtomatik işə düşərdi və pilot xilasedici jilet sayəsində sağ qala bilərdi, deyə ekspert qeyd edib.
Deyilənlərə əlavə olaraq qeyd edək ki, dünyada çox sayda hərbi təyyarələrin və helikopterlərin quşlarla toqquşması halları qeydə alınıb. Bəzən bu, kabinin zədələnməsinə və hətta mühərriklərin sıradan çıxmasına gətirib çıxarıb. Amma quşa görə katapultanın işə düşmədiyi hal olmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti