Eks-deputatın oğlunu dəhşət saçan ölüm işinə pərçimləyən ifşaedici suallar – QATI AÇILMAYAN CİNAYƏT

17 Fevral 2020, 15:34
17 Fevral
2020
15:34
4204
"Mirzəyeva Günel Rəşid qızı dənizdə dostları ilə sahildən təxminən 300 metr məsafədə çimərkən onun yanında Həbib Axundov olmamış, sonuncu dəniz kənarında olmuşdur” – bu sözləri vəkil sorğusuna cavab olaraq Sabunçu rayon prokuroru Ceyhun Şirinov yazır.
Prokurorun "sahildən təxminən 300 metr məsafədə çimərkən” sözləri absurddur.
Necə yəni sahildən 300 metr aralıda çimərkən?
Sahildən 300 metr aralıda üzgüçülük üzrə xüsusi təlim görmüş şəxslər belə çimmirlər! Orada üzürlər.
Bir də ki, Günel Mirzəyeva nəinki sahildən 300 metr aralıda, heç ləpədöyəndə belə üzə bilməyib.
Gənc xanımın sudan qorxmasını təsdiqləyən videolar da var. Bir videoda Həbib Axundov onu zorla, adına "banan” deyilən xüsusi üzən vasitəyə əyləşdirir, Günel Mirzəyeva isə "banan” sahildən dənizin içinə sarı yön almağa başladığı an düşüb sahilə qaçır.

Digər bir videoda isə yenə də Həbib Axundov Günel Mirzəyevanı xüsusi tərsanə üzərindən suya atmağa çalışır, Günel Mirzəyeva müqavimət göstərir və nəhayətdə Həbib Axundov istəyinə nail olur. Günel Mirzəyeva iradəsinin əleyhinə olaraq suya atılır və orada çabalayaraq kömək istəyir. Həmin vaxt əyinində xüsusi xilasedici canlıq olmasına baxmayaraq Günel Mirzəyevanın qışqırıb kömək istəməsi onun üzmək vərdişinin olmamasını ortaya qoyur.
Bəs Sabunçu prokuroru Ceyhun Şirinov bu videoları görübmü?
Bundan başqa Sabunçu prokuroru sorğuya cavabda yazır ki, Həbib Axundov hadisə baş verəndə sahildə olub.
Bu da yumşaq desək, doğru deyil.
Əlahəzrət fakta nəzər salaq.
Günel Mirzəyevanın müəmmalı ölüm işi Sabunçu Prokurorluğunda olarkən Fövqəladə Hallar Nazirliyindən bu hadisə ilə bağlı verilən açıqlamda yazılırdı:
- Bədbəxt hadisə baş verən zaman yaxta sahibi Həbib Ramiz oğlu Axundov orada olub.
Sabunçu prokuroru Həbib Axundov sahildə olub yazır, FHN isə onu təkzib edir və Elmira Axundovanın oğlunun məhz gəmidə olduğunu yazır.
Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra yaxasını kənara çəkirdi, deyirdi ki, bəs mən orada olmamışam. Anası Elmira Axundova da eyni mövqedəydi.
Amma az keçəndən sonra Həbib Axunov da, anası Elmira Axundovanın da mövqeyi bir qədər dəyişdi. Ana-bala başladılar ki, bəs Həbib Axundov orda olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, bəs kömək edə bilməyib. Buna qədər isə Elmira Axundova oğlunun üzgüçü olmasını, Günel Mirzəyevanın yanında olardısa, onu xilas edəcəyini demişdi.

FHN-in verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yanında olub!
Ceyhun Şirinov üzgüçü Həbibdən soruşubmu Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə Həbib Axundova Günel Mirzəyevanı xilas etmək istəyibmi?
Belə bir niyyəti olubmu?
Buna çalışıbmı?
Bundan başqa FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində "istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib.
Əgər yaxtada 8 ədəd xilasedici canlıq olubsa, Günel Mirzəyevanın əynində həmin canlıqlardan biri niyə olmayıb?
Onun əynində canlıq olmayibsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xəttlə seçildiyi bir vaxtda Sabunçu Prokurorluğu sadəcə işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır. Ortada bir gənc xanım, Azərbaycan vətəndaşı sahildən 300 metr aralı aparılıb və müəmmalı şəkildə dənizin dibinə qərq olub.

Günel Mirzəyeva 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində müəmmalı şəkildə dünyasını dəyşib. Bu günə qədər onun ölümü üzərində sirr pərdəsi qalmaqdadır.
Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. (Ortada bu qədər açıq suallar varkən hansı ehtiyyatsızlıqdan söhbət gedir?)

Günel Mirzəyeva müəmmalı şəkildə dənizin dibinə gedən günə qədər Həbib Axundovla olduqca mərhəm münasibətlərdə olub. Bu danılmaz faktdır və ortada bu faktı təsdiq edən videolar sosial şəbəkələrdə var. O, dənizin dibinə gedərkən hamilə olması xəbərləri də var.
Həyat yoldaşından boşanmış gənc qızın dünyaya gətirəcəyi uşağın atası kim olub? Onun ölümün hamilə olması ilə səbəbli əlaqəsi varmı?

Günel Mirzəyevanın məzarı
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
Eks-deputatın oğlunu dəhşət saçan ölüm işinə pərçimləyən ifşaedici suallar – QATI AÇILMAYAN CİNAYƏT
-
Manşet, Foto, Video, Dosye
Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR
-
Sənəd, Manşet, Foto, Video, Dosye
Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü
-
Manşet, Foto, Video, Dosye
ANS-in aparıcısı öldürən qardaşının fotolarını yaydı: "Hakim qardaşımı işgəncə ilə öldürən qatilə..."
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI